Müflisləşmə modelləri – Altman / Springate / Fulmer

Faydalı materiallar

Müflisləşmə modelləri (Insolvency Models) 20-ci əsrin ikinci yarısından etibarən elmi və təcrübi əsaslara dayanaraq, amerikalı Edward I. Altman tərəfindən 1968-ci ildə hesablanmağa başlanmışdır (Altman’s Z-score). Daha sonra 1978-ci ildə kanadalı Gordon Springate və 1984-cü ildə Fulmer (Fulmer H Score – “A Bankruptcy Classification Model for Small Firms” ) tərəfindən tərtib edilmişdir. Bu modellər öz dövrünün müflisləşmə proqnozlarında çox irəli səviyyəyə gedərək, proqnoz doğruluq dərəcələrini 95%-ə qədər çatdırmışdır. Bu yazıda, hər 3 modelin Excel-də modellərini hazırlayacağıq (Müasir dövrdə istifadə edilən modellərin bir çoxu təməlini bu modellərdən almaqdadır).

Faylı buradan endirə bilərsiniz – Müflisləşmə Modelləri – 3 Model


İstifadə edilən dəyərlər

Hər 3 modeldə istifadə edəcəyimiz (o və ya bu öçüdə) Balans və Gəlir/Xərc maddələri aşağıdakı kimidir:

Bu dəyərləri müvafiq əmsallara vuraraq, hər 3 modelə aid nəticələri əldə edəcəyik.

İstifadə edilən bütün komponentlər


1. Altman Modeli

Altman modelində, yuxarıdakı dəyərlərdən aşağıdakıları istifadə edirik:

Altman Modelinin komponentləri

Bu komponentlər (digər modellərdə olduğu kimi), müvafiq hesablamalar ilə formullar vasitəsilə hesablanır:

Altman Modelində aparılan hesablamalar

Bu model bizə 2,497 əmsalını vermiş oldu.

Müqayisə aparmalı olduğumuz kriteriya isə 2,675-dir. Əgər hesablamamız bu dəyərdən daha azdırsa, o zaman şirkət Altmanın Z testini keçməmiş, yəni müflisləşmə ehtimalı yüksək şirkət sayılır.


2. Springate Modeli

Bu modeldə istifadə ediləcək komponentlər isə bunlardır:

Springate Modelinin komponentləri

Model isə aşağıdakı prinsiplə nəticə əldə edir:

Springate Modelində aparılan hesablamalar

Springate modeli bizə 1,785 əmsalını vermiş oldu.

Müqayisə aparmalı olduğumuz kriteriya isə 0,862-dir. Əgər hesablamamız bu dəyərdən daha azdırsa, o zaman şirkət Springate testini keçməmiş, yəni müflisləşmə ehtimalı yüksək şirkət sayılır.


3. Fulmer Modeli

Son modelimizin komponentləri isə aşağıdakılardır:

Fulmer Modelinin komponentləri

Nəticəyə aşağıdakı hesablamalarla gedirik:

Fulmer Modelində aparılan hesablamalar

Fulmer modelinin nəticəsi 5,918 oldu.

Nəticə 0-dan böyükdürsə, risk olmadığı, aşağıdırsa, risk daşıdığı mənasını verir.


YEKUN

Nəticə etibarilə, hər 3 modellə maliyyə göstəricilərimizi test etdik. Ümumi cədvəldə hər 3 nəticəni müqayisə edə bilərik:

Görürük ki, 1 model müflisləşmə riski olduğunu, digər ikisi isə olmadığını proqnoz etdi. Modellərdə istifadə edilən göstəricilər tamamilə xəyalidir, məntiq səhvləri də daşıya bilər, o səbəblə, öz şirkətinizə aid müvafiq göstəriciləri (sadəcə Financial Info sheet-ində Dəyər adlı sütuna) daxil etməklə, modelin bütün hesablamalarının anında yenilənməsinə nail olaraq, daha sağlam analiz apara bilərsiniz.

Uğurlar!