Kriteriyanı təmin edən bütün dəyərlərin sıralanması

Excel 2019

Bir öncəki mövzumuzda, TEXTJOIN funksiyasının nəyə qadir olduğundan bəhs etmişdik. Bu dəfəki yazıda isə, eyni anda bir neçə dəfə bir növ VLOOKUP funksiyasının işini görəcək bir əməliyyat aparacağıq. Belə ki, VLOOKUP sadəcə 1 nəticəli funksiyadırsa, bu yazıda, kriteriyanı təmin edən bütün dəyərləri tək bir xanada siyahı olaraq hesablayacağıq. Aşağıdakı kimi:

Görürük ki, göy cədvəldə Rəng kriteriyasını təmin edən bütün brendlər siyahı olaraq arxa-arxaya sıralanmışdır. Formul çubuğunda isə, bunu necə əldə etdiyimizi görürük:

=TEXTJOIN(“, “;TRUE;IF($C$3:$C$12=E3;$B$3:$B$12;””))


Formulun komponentləri

1. Ən sadə dillə desək, IF funksiyası ilə C3:C12 diapazonundakı dəyərləri E3 xanasındakı dəyər ilə müqayisə edib, müsbət nəticə olacağı halda B3:B12 diapazonundakı müvafiq dəyərləri gətirməsini istəyirik.

2. Qara rəngli bütün brendləri IF funksiyasının tamamını seçib F9 düyməsinə basdıqda görmüş oluruq.

3. Bu silsiləni (array) əldə etdikdən sonra isə TEXTJOIN funksiyası ilə arxa-arxaya düzürük.

4. Formulu kopyalayıb aşağıdakı xanalara da yapışdıracağımız üçün, bütün diapazonları $ işarələri ilə “bərkidirik”.

5. Formul array formulu olduğu üçün, sadəcə Enter deyil, Ctrl+Shift+Enter basılır. Ancaq Enter düyməsinə bassaq, formul, siyahıdakı bütün dəyərləri sıralayacaqdır.

Faylı endir Kriteriyanı təmin edən bütün dəyərlər

Uğurlar!