2 tarix arasındakı qeyri-iş günlərini 1 xanada sıralamaq

Excel 2019

İki tarix arasındakı qeyri-iş günlərinin siyahısını tək bir xanada sıralamaq üçün, Excel 2019-un yeni funksiyalarından biri olan TEXTJOIN funksiyasından istifadə edəcəyik. Funksiyanın nə olduğu, necə yazıldığı və komponentləri haqqında daha ətraflı üzərinə klikləyərək öyrənə bilərsiniz. Aşağıda, 2019-cu ilə aid İstehsalat Təqvimini görürük. Müəyyən edəcəyimiz 2 tarix arasındakı qeyri-iş günlərini tək bir xanada siyahı halında hesablayacağıq.

Formulumuz isə aşağıdakı kimidir:

=TEXTJOIN(“, “;TRUE;IF(B3:B19>=F2;IF(B3:B19<=F3;C3:C19;””);””))


Formulun komponentləri

Formulumuzdan görürük ki, cəmi 2 funksiyadan istifadə edilmişdir: IFTEXTJOIN. Məntiqimiz isə hər zamankı kimi çox sadədir:

1. Öncəliklə, tarixlər olan sütundakı bütün dəyərləri başlanğıc tarixi ilə müqayisə edərək, başlanğıc tarixindən daha böyük (və bərabər) olan tarixlər müəyyən edilir – B3:B19>=F2

2. Eyni məntiqlə, bu dəfə tarixlər bitiş tarixi ilə müqayisə edilərək bitiş tarixidən daha kiçik (və bərabər) olan dəyərlər filterlənir – B3:B19<=F3

3. Nəticə olaraq sıralanmaq istənən diapazon isə C3:C19 ilə təmin edilir.


Və diqqət!

4. Formulumuz array formulu olduğu üçün, sadəcə Enter deyil, Ctrl+Shift+Enter basılır.

IF funksiyasına aid formulun tamamını seçib F9 düyməsinə bassaq, o zaman, formul daxilindəki nəticəni anında görmüş olacağıq.

Bu silsiləni (array) əldə etdikdən sonra isə TEXTJOIN funksiyası ilə arxa-arxaya düzürük.

Formul olan faylı aşağıdan endirə bilərsiniz, lakin Excel versiyanız Office 365 və ya Excel 2019 deyilsə, əfsuslar olsun ki, bu funksiyan tapa bilməyəcəksiniz.


Faylı endir – List with TEXTJOIN

Digər formul hiylələri ilə də tanış olmaq istəyirsinizsə, bu linkə keçid ala bilərsiniz.

Uğurlar!