Daha öncə, Excel-in yeni 2019 versiyasında yeni funksiyalar əlavə edildiyini bildirmişdik. Bu funksiyalardan ikisi CONCAT və TEXTJOIN funksiyalarıdır. Hər iki funksiya mətnləri birləşdirməyə yaradığı üçün, bu yazıda ikisi arasındakı fundamental fərqdən bəhs edəcəyik.
Adından da gördüyümüz kimi, “adaşı” CONCATENATE funksiyasının qısaltmasıdır, sintaksı da tamamilə eynidir, gördüyü iş də – fərqli xanalardakı dəyərləri tək bir xanada birləşdirməyə yarayır.
Hər iki formulun sintaksına diqqət yetirsək görərik ki, CONCATENATE funskiyasında xanaları tək-tək (B3, B4, B5) seçmək məcburiyyətində olsaq da, CONCAT funskiyasında bütöv diapazonlar (B3:B5) seçilə bilir. Və bu xüsusiyyət, CONCAT funskiyasının əsas üstünlüyüdür, vaxt qazandıran alətidir.
TEXTJOIN funksiyası, yuxarıda bəhs etdiyimiz 2 funksiyada fundamental olaraq fərqlənir və hər ikisinin çatışmazlıqlarını aradan qaldırır. Belə ki:
TEXTJOIN isə, hər iki problemi həll edir. Gəlin, sintaksı ilə tanış olaq:
Funksiya 3 parametrdən ibarətdir:
Formulumuzu tamamlayıb, nəticəsi ilə tanış olaq:
Öncəliklə, delimiter olaraq boşluq seçdik, daha sonra TRUE yazaraq ola biləcək boşluqları iqnor etməsini istədik, və sonda, birləşdirmək istədiyimiz diapazonu (B3:B5) müəyyən etdik.
Hər 3 funksiyanın davranış şəklini tək skrində görmək mümkündür:
Uğurlar!