Müsabiqə 3 – Nəticələr

Funksiyalar

3-cü müsabiqəmizdə (Müsabiqə 3 – iki kriteriyalı VLOOKUP) 2 və daha çox kriteriya olduğu zaman VLOOKUP funksiyası ilə uyğun dəyərin tapılması məsələsi var idi. Bu məsələyə ən doğru və ən tez cavab verən ilk 3 iştirakçı:

  1. Orxan Qədirov
  2. Elnur İsayev
  3. Məhərrəm Vəlizadə

Bir çox iştirakçı SUMIF funksiyası vasitəsilə məsələni həll etməsinə baxmayaraq, onların nəticələrini burda nümayiş etdirə bilmirəm, çünki şərtimizdə – məsələnin sadəcə VLOOKUP funksiyası ilə həlli var idi.

Həll yolunu ilk göndərən Orxan Qədirov (digər 2 iştirakçı kimi)köməkçi sütun vasitəsilə 2 sütunu birləşdirib, yeni unikal dəyər əldə etdikdən sonra VLOOKUP funksiyası ilə müvafiq məbləği tapmışdır.

Contest 3 - 1

Lazım olan dəyərin tapılması isə aşağıdakı formul vasitəsilə həyata keçirilmişdir:

Contest 3 - 2.png

Elnur İsayev də eyni məntiqlə nəticəyə getmiş, lakin məsələnin həllini əlavə olaraq array formulu vasitəsilə də həyata keçirmişdir.

İştirak edən hər kəsə təşəkkürlər!

Uğurlar!