VLOOKUP funksiyası

Funksiyalar

VLOOKUP funksiyası HLOOKUP funksiyası ilə birgə lookup funksiyaları arasında ən çox işlədilənlərdir.

Hesab edin ki, aşağıdakı screenshot-da göstərildiyi kimi, əlimizdə dünya şəhərlərinə aid siyahı və hər bir şəhərin qarşısında həmin şəhərdə yaşayan insan sayı olsun. Ehtiyacımız odur ki, seçdiyimiz hər hansı bir xanaya istənilən şəhər adını daxil etdiyimiz zaman, o şəhərdə yaşayan əhali sayı avtomatik olaraq başqa xanada əks olunsun.

Misal olaraq, B14 xanasına (indiki halda Barcelona) istənilən şəhəri yazdığımız anda, C14 xanası həmin şəhərin əhali sayısını avtomatik gətirmiş olsun. Beləliklə, C14 xanasına yazacağımız formul şəhər adları dəyişdirildikcə avtomatik qaydada yenilənəcək.

VLOOKUP - 1

Bunun üçün, C14 xanasına aşağıdakı formul daxil edilməlidir.

=VLOOKUP(B14;B4:C10;2;FALSE) 

Aşağıdakı screenshot-a diqqət yetirsəniz, istifadəçilərin asan ayırd edə bilməsi üçün Excel hər bir komponenti fərqli rənglərdə verir.

VLOOKUP - 2

Görüldüyü kimi, bu formulun 4 komponenti var:

  1. Lookup_value: Axtarılacaq mətn, və ya rəqəm. Misalımızda – Barcelona.
  2. Table_array: Axtarılacaq yer – B4:C10 cədvəli.
  3. Col_index_num: Sütun nömrəsi – 2-ci sütun, çünki bütün rəqəmlər 2-ci sütunda yerləşib
  4. Range_lookup: Dəqiq və ya təxmini rəqəm.

Formulda deyilir ki, B14 xanasını (indiki halda Barcelona) B4:C10 aralığında tapdığın zaman, həmin aralığın 2-ci sütunundakı rəqəmi C14 xanasına yaz.

Hesablamaların aparıldğı Excel faylını aşağıdakı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – VLOOKUP()