Description
Excel-də hesabat və cədvəl hazırlayarkən, onların mümkün qədər professional və güvən verən olmasına nail olmalıyıq. Bu, ən əsas hədəflərdən biridir. Bu səbəblə, cədvəllərimizin lazımi qaydada formatlanmasına, rənglərin və yazı fontunun seçiminə, məlumatın önəminə çox ciddi şəkildə fikir verməliyik. Bundan əlavə, hesabatları daha üst səviyyəyə çıxarmaq üçün Excel-də müəyyən irəli səviyyəli üsullar var. Bu yazıda o üsullar haqqında ümumi məlumat veriləcəkdir.
Söhbət Form Controls adlandırdığımız vizual vasitələrdən gedir. Bu e-kitabda, əsas Form Controls vasitələri, onları aktiv/deaktiv etmənin üsulu haqqında ətraflı şəkildə tanış olacaqsınız.