Əziz Təlim İştirakçısı!
Excel təlimimə xoş gəlmişsiniz!
15 illik yerli və beynəlxalq mühitdəki iş həyatı, 10 illik Excel təlimi və yüzlərlə yazı və məqalələrimdən sonra, professional iş həyatında qarşılaşılan əsas problemlərin nə olduğunu daha açıq şəkildə görürəm. Praktikadakı bütün bu çətinlikləri də nəzərə alaraq hazırlamış olduğum bu təlimdə, gündəlik iş həyatınızda sizə lazım olacaq bütün məlumatlara yiyələnəcəksiniz.
Hər Excel kursuma başlamadan öncə rastlaşdığım “Mövzular arasında macros da var?” sualını siz də verirsinizsə, cavabım “xeyr” olacaqdır, çünki kod və macros olmadan da, Excel o qədər imkana sahibdir ki! Kod yazmadan rutin işlərinizi nə qədər qısalda biləcəyinizi kaş ki bilsəniz!
Və məhz bu səbəblə, bu təlimi bitirdikdən sonra, kod yazmadan işlərin avtomatlaşdırılması, təqdimatların daha professional və inandırıcı hazırlanması, irəli səviyyəli Excel hiylələri, saysız qısayol kombinasiyaları (shortcuts), gündəlik rutin işlərin tək kliklə yenilənməsi və s. kimi mövzularda özünüzdəki proqressi özünüz və ətrafınızda çalışan insanlar dərhal fərq edəcəkdir.
Bütün videolar və üzərində işləyəcəyimiz Excel təlim faylı sizin maksimum rahatlığınız üçün tərtib olunmuşdur.
Ümidvaram ki, burada öyrəndiyiniz bilikləri daha da irəli aparıb, sadəcə Excel ilə kifayətlənməzsiniz, çünki, unutmayın, Excel sadəcə bir başlanğıcdır, onun davamı mütləq gəlməlidir. Müasir dövrdə texnologiyanın inkişaf sürəti aylar deyil, günlərlə ölçülür və bu yolda geri qalmamaq üçün daim üzərimizdə işləməli, hər gün kiçik də olsa, yeni bir şey öyrənməliyik.
Və unutmayın – mən sizə sadəcə yolu və bu yolda istifadə edə biləcəyiniz imkanları göstərəcəyəm. Yolun özünü siz özünüz keçəcəksiniz.
Kurs kimlər üçündür?
Bu kursu bitirərək aşağıdakı üstünlükləri qazanacaqsınız:
Kursun əsas üstünlükləri:
Kursa nə daxildir?
Daha ətraflı tanışlıq üçün videoya nəzər yetirin
Kursa yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.udemy.com/course/online-excel-mektebi-2023/
Gələcək bütün işlərinizdə uğurlar arzu edirəm!