Formullarınız başqası tərəfindən dəyişdirildikdə xəbərdar olun

Excel Hiylələri

Maliyyə modelləri hazırlayarkən, bəzən səhvliklə formullar olan sətirlər/sütunlardakı hər hansı bir dəyər formul olaraq deyil, constant, yəni əllə daxil edilən sabit dəyər ola bilər. Bu texniki səhv, modelin bütövlüyü və güvənilirliyi baxımından sarsıdıcı ola bilər. Bu cür halların qarşısını zamanında almaq üçün, müəyyən kontrol nöqtələri tərtib etməliyik. Belə ki, formul olan bütün xanalara müəyyən Şərti Formatlama tətbiq etməklə, həmin xanaya sabit dəyər daxil ediləcəyi zaman, müəyyən format tətbiq olunmasına nail ola bilərik.

Şəkil 1. Həm sabit dəyər, həm də formullar olan cədvəlimiz

Şəkil 1-Əhali Sayı Sahəsi sütunlarında sabit dəyərlər, Sıxlıq sütununda isə formullar yer alır. Şərti Formatlama ilə elə bir prinsip tətbiq edəcəyik ki, Sıxlıq sütununa sabit dəyər əlavə ediləcəyi anda həmin xananın formatı dəyişsin.

Bunun üçün, ISFORMULA funksiyasından istifadə edəcəyik. Qısaca açıqlayası olsaq, məsələn, =ISFORMULA(B2) formulu, B2 xanasında formul olacağı təqdirdə TRUE, sabit dəyər olacağı təqdirdə isə FALSE nəticəsini verəcəkdir.

Formullar olan sütunu (Sıxlıq adlı) bütövlükdə seçərək, Home >> Conditional Formatting >> New Rule >> Use a formula to determine which cells to format seçirik.

Şəkil 2. Şərti Formatlama ilə formul yazılan sətir

Formul olaraq isə, aşağıdakını daxil edirik:

Şəkil 3. Formulun yekun halı

Formulun məntiqi ondan ibarətdir ki, ISFORMULA funksiyası hər dəfə FALSE nəticəsini verdikcə, həmin xananın formatı Şəkil 3-dəki kimi sarı fonda göy şrift olacaq (Formatı müəyyən etmək üçün formulun aşağısında yer alan Format düyməsinə basmalı olduğumuzu qeyd etmyə lüzum görmürəm).

Formulumuzu yazdığımız və şərti formatlamamızı da etdiyimizə görə, yekunda, etdiklərimizi test etmək qalır. Random olaraq sabit dəyərlər daxil edərək, formatlamanın avtomatik dəyişdiyini müşahidə edə bilərik.

Şəkil 4. Test edilmiş cədvəlimiz

Faylı endir – Formulların kontrol edilməsi