Excel 2019 – Notes vs. Comments

Excel 2019

Excel 2019 ilə birgə həyatımıza daxil olan bir digər yenilik də yenilənmiş şərhlər oldu. Belə ki, daha öncə ancaq şərhlər var ikən (Comments), yeni versiya ilə birgə Notes da əlavə edildi. Daha korrekt ifadə etsək, əvvəllər Comments olan qutucuq, bundan belə Notes olaraq adlandırılacaqdır. Menuda Review >> Notes ünvanında yer almaqdadır:

Review >> Notes

Qeyd etdiyim kimi, bu zamana qədər istifadə etdiyimiz Comments – bundan sonra Notes olaraq adlandırılacaqdır, shorcut-ı da əvvəlki kimi Shift+F2 olaraq qalmaqdadır. Dəyişən tək şey adıdır.


Comments

Bizim üçün əsas maraq kəsb edən yenilik isə – yeni versiyada Comments olaraq adlandırılan silsilə şərhlər qutucuğudur. İngilis dilində thread adlanır (Twitter istifadəçiləri nə olduğunu daha yaxşı anlayacaqdır).

Menuda, Review >> Notes ünvanında yerləşməkdədir.

Review >> New Comment

Gördüyümüz kimi, yeni versiyada Comment olaraq adlandırılan vasitə, içinə daxil edilən xananın sağ üst küncündə bənövşəyi rəng ilə fərqləndirilməkdədir.

Bunun ənənəvi şərhlərdən fərqi isə ondan ibarətdir ki, bir çox insan eyni xananın içində interaktiv olaraq öz fikrini/şərhini bildirə bilər. Məsələn, aşağıdakı kimi bir dialoq vasitəsilə fayldakı qaranlıq məqamlar aydınlaşdırıla bilər:

Xanadaxili interaktiv yazışma

Misal xatirinə, tək profil üzərindən yazışmanı göstərirəm, lakin aydındır ki, hazırlanan bu fayl fərqli şəxslərə gedəcəyi zaman, şərhləri yazanlar da fərqli olacaqdır. Beləliklə də, istənilən anlaşılmaz nyuansı qarışıqlıq olmadan, rahat şəkildə aydınlaşdırmaq mümkün olacaqdır.

Bundan əlavə, səhifədəki bütün şərhləri bir pəncərədə görmək istəsək Review >> Show Comments seçərək, buna nail ola bilərik.

Səhifədəki bütün kommentlərin göstərilməsi

Faylın içindəki digər bütün şərhlər arasında naviqasiya etmək istəsək isə, eyni menu altında Previous CommentNext Comment düymələrindən istifadə etməliyik.

Uğurlar!