Excel 2019 – “İdeyalar”

Excel 2019

Excel 2019-dakı bir digər yenilik Ideas, yəni proqram tərəfindən müəyyən alqoritmlərlə hazırlanmış analitik şablonlardır. Home menusu altında, ən sağda Ideas qrupu olaraq yer almaqdadır.

Ideas şablonlarının menudakı yeri

İstifadə qaydası isə minimal zəhmət tələb edir. Analizini aparmaq istəyəcəyimiz data bloku üzərinə gələrək, Ideas ikonuna klikləməyimiz, arasından seçmə imkanı verən alternativlərin gəlməsinə səbəb olacaqdır.

Ideas ilə analitikanın başladılması

Ideas ikonuna kliklədiyimiz anda, Excel, səhifəmizin ən sağında, bu datanın müəyyən məna ifadə edə biləcəyini düşündüyü analitik seçənəklərini qarşımıza gətirəcəkdir.

Ideas ilə analitik alternativ blokunun yaradılması

Sağ blokda yaranan analitik alternativlər arasında bəyəndiyimiz, məqsədəuyğun saydığımız hər hansı birini seçdikdən sonra, həmin alternativin ən aşağısında yer alan +Insert Chart və ya +Insert PivotChart düymələrinə klikləyərək, müvafiq analitikanı seçirik.

Bizim misalımızda, +Insert PivotChart kliklədiyimiz üçün, yeni sheet-də həm bu dataya aid Pivot Cədvəl, həm də onun əsasında qurulmuş PivotChart qarşımıza gəlmiş oldu. Bundan sonrakı işimiz isə, formatlama və pivot cədvəlimizin komponentləri üzərində işləmək olacaqdır.

Şübhəsiz ki, Ideas, bütün analitikanı bizim yerimizə etmir, lakin gözümüzdən qaça biləcək yanlarına işıq tutaraq, adından da anlaşıldığı kimi, müəyyən ideyalar verir. Sonrasında seçəcəyimiz format və formatlama isə tamamilə bizim ixtiyarımıza verilmişdir.

Uğurlar!