Power Pivot #11 – İndiki dövr ilə keçən il eyni dövr arasındakı satışların müqayisəsi – SAMEPERIODLASTYEAR (DAX)

Power Analytics

Excel-də Time Intelligence funksiyaları olsa da, onlar DAX-da olduğu qədər hərtərəfli və çoxşaxəli deyil. Time Intelligence dedikdə – zaman faktoruna dayalı analizləri nəzərdə tuturuq, məsələn, “keçən ayın satışları”, “bu günkü xərclər”, “ilin əvvəlindən bu günə qədər olan gəlirlər” və s. Bu funksiyalar Tarix funksiyalarından fundamental olaraq fərqlənir, çünki əsasən analitik məna ifadə edir. Bu hesablamaları nəinki avtomatlaşdıracağıq, eyni zamanda, filter və pivot cədvəldəki filter konteksti dəyişsə belə, bütün hesablamaların avtomatik yenilənməsini əldə edəcəyik. Məsələn, filterdən Mart ayı seçilsə, “keçən ay” olaraq formul avtomatik Fevral ayını hesablayacaq, Aprel seçilsə – Mart avtomatik hesablanacaq.

Bu çərçivədə, bu yazımızda “keçən il eyni dövrdəki” dəyərləri hesablayacağıq. Yeni DAX funksiyamızın adı – SAMEPERIODLASTYEAR.

Picture7.png

Bu funksiya – tarixlər olan tək bir sütun nəticəsini verir, öz-özlüyündə az istifadə edilməsinə baxmayaraq, CALCULATE ilə birgə ciddi silaha çevrilir.

CALCULATE funksiyasının DAX-ın ən vacib 2 funksiyasından biri olduğunu dedikdə, onun bir çox Time Intelligence funksiyaları ilə birgə möcüzələr yaratdığını nəzərdə tuturuq. Başlanğıc olaraq, hər zamankı pivot cədvəlimizi aşağıdakı kimi formalaşdıraq.

Picture1.png

Asanlıq olsun deyə Pivot Table Fields hissəsinə baxıb, nəyi hara qoyduğumuzu görə bilərsiniz.

Picture2.png

Total Revenue adlı pivot sütunumuzun yanında, keçən il eyni dövrdəki satışları hesablamaq üçün formulumuz bu olacaq:

Picture4.png

Gəlin, formulu anlayaq:

  1. Last Year Sales – Yeni measure-ımızın adı.
  2. CALCULATE – Filter kontekstini dəyişməyə yardım edəcək funksiya.
  3. [Total Revenue] – Filterlənəcək measure.
  4. SAMEPERIODLASTYEAR – Bizə keçmiş ildəki dəyərləri hesablayacaq funksiya. Bunun üçün Təqvim Cədvəlimizdəki (Daha ətraflıPower Pivot #8 – Date & Time funksiyaları (DAX)) tarixlər olan sütunu seçməliyik.

CALCULATE funksiyası öncə, daxilində yer alan və filter vəzifəsi görən SAMEPERIODLASTYEAR funksiyasını oxuyur və bizə lazım olan filter kontekstini müəyyən edir. Daha sonra, bu kontekstə uyğun [Total Revenue] measure-nı formalaşdırır. Gəlin, yeni measure-mızı pivot cədvəlimizə əlavə edib analizimizə davam edək.

Picture5.png

Last Year Sales adlı yeni pivot sütunumuzda eyni ay üçün keçən ilki satış məbləğləri hesablanmış oldu. Hesablamanın doğruluğundan əmin olmaq üçün, 2017-ci ilin detallarını açıb, müvafiq ayları (İyun) müqayisə edək.

Picture6.png

Görürük ki, DAX, hesablamanı doğru aparıb və formulumuzu düz yazmışıq. Hər bir ayın doğru hesablandığından əmin ola bilərsiniz.

İndi isə, gəlin, keçən bu illə keçən il arasındakı dəyişimin faizini hesablayaq. Bu məqsəd üçün, 2 yeni DAX funksiyasından istifadə edəcəyik: DIVIDEBLANK.

Picture8.png

DIVIDE funksiyası – 2 ədədi bir-birinə bölərkən istifadə olunur, bildiyimiz elementar bölmə əməliyyatıdır. Funksiyaya “Bölən” və “Bölünən” daxil edir, hər hansı bir xəta olacağı təqdirdə isə alternativ dəyərimizi müəyyən edirik (məs., “Bölünən” sıfır olarsa).

Alternativ dəyərimiz indiki vəziyyətdə BLANK funksiyası olacaq.

Picture9.png

İki dırnaq işarəsi əvəzinə, BLANK funksiyasından istifadə edirik. Mahiyyət etibarilə hər ikisi eynidir.

Gəlin, formulumuzu yazıb, ildən ilə olan dəyişimi hesablayaq.

Picture11.png

Komponentləri:

  1. Sales vs. LY, % – Sales versus Last Year in percentage – yeni measure-ımızın adı.
  2. DIVIDE – yeni funksiyamız.
  3. [Total Revenue] – [Last Year Sales] – Riyazi biliklərimiz bizə deyir ki, 2 dəyər arasındakı faiz nisbətini hesablamaq üçün, öncə birinci dəyərdən ikincisini çıxıb,
  4. Nəticəni ikincisinə bölmək lazımdır – [Last Year Sales].
  5. BLANK – Əgər bu bölmə əməliyyatı xəta versə, o zaman boşluqdan istifadə et.

Bu faizləri pivot cədvəlimizə əlavə edib, müvafiq Şərti Formatlama tətbiq etdikdən sonra, son vəziyyətə baxaq.

Picture12.png

Pivot cədvəlin gözəlliyi həm də ondan ibarətdir ki, cəm individual sətirləri, həm də aralıq cəmləri müstəqil şəkildə hesablayır.

Faylı endir – Əlavədəki faylda yazdığımız 2 yeni measure var, endirib istifadə edə bilərsiniz – 11. Power Pivot – SAMEPERIOLASTYEAR

Növbəti yazıda, Time Intelligence funksiyalarını öyrənməyə davam edərkən, PREVIOUSMONTH funksiyası ilə bu ayın satışları ilə keçən ayın satışlarını hesablayacaq və bunu slicer-larla dinamik hala gətirəcəyik.