Power Pivot #1 – Power Pivot nədir?

Power Analytics

Excel təhsilini tamamilə yeni və daha professional səviyyəyə gətirmək istəyən hər bir kəs Power Pivot haqqında yetəri qədər ciddi biliklərə sahib olmalıdır. Power Pivot – data analitikası sahəsində Microsoft-un yaratdığı, hər kəsin öz evində istifadə edə biləcəyi ən ciddi platformdur. Xüsusilə, böyük məlumat bazası ilə işləyən, mütəmadi management reportlar hazırlayan, Access/SQL/Azure kimi databazalarla işləyən və nəhayət,  intensiv Excel istifadəçiləri Power Pivot mövzusunu bilmək məcburiyyətindədir.

Bu gündən etibarən, intensiv olaraq Power Pivot haqqında silsilə yazılara başlayırıq. Bu yazıda Power Pivot-ın nə olduğunu öyrənəcəyik.

Bir-birindən müstəqil məlumat qaynaqlarından (Excel faylları, web, məlumat bazaları, qovluqlar və s.) mütəmadi məlumat çəkib onlar arasında analiz aparmaq üçün Power Pivot-dan daha qiymətli mexanizm hal-hazırda mövcud deyil. Aşağıdakı sxemə diqqət yetirək:

Report-Environment-1024x407.png

  1. Raw Data – Öncə, hər hansı bir məlumat bazasından məlumatı çəkirik, bu 1C, SAP, SQL, Cloud, bir başqa Excel faylı, Access databazası ola bilər.
  2. Power Query ilə bu məlumatı düzgün şəkil, forma və formata salırıq.
  3. Power Pivot ilə formalaşdırdığımız məlumat üzərində hesablamalar aparırıq, əlaqələr qururuq.
  4. Ən sonda, əldə etdiyimiz hesablamaları vizuallaşdırırıq.

Power Query haqqında yetəri qədər məlumat əldə etdiyimizə görə, növbəti mərhələdə, Power Query-dən gələn “təmizlənmiş” məlumatları nə etməli olduğumuzu öyrənməliyik. Power Pivot platformu (Diagram View) aşağıdakı kimidir:

Снимок.PNG

Bir-biri ilə sıx əlaqədə olan cədvəllər görürük. VLOOKUP yazmaqdan yorulmusunuzsa, Power Pivot öyrəndikdən sonra, bir daha heç vaxt yazmayacaqsınız. Gördüyünüz bütün oxlar, bütün VLOOKUP-ları əvəz edəcəkdir. Bundan necə istifadə edəcəyimizi növbəti yazılarda öyrənəcəyik.

Əslində, Power Pivot öyrənməklə, eyni zamanda Power BI da öyrənmiş olursunuz, çünki hər ikisinin “mətbəxi” hər mənada eynidir.

Mövzunun sonunda, ənənəvi Excel funksionallığı ilə Power Pivot arasındakı əsas fərqlərdən bəhs edilib:Снимок.PNG

Növbəti yazımızda, Power Pivot-ın Excelin hansı versiyalarında mövcud olduğunu müzakirə edəcəyik.