Gündəlik “ToDo List” şablonu – endir

Faydalı materiallar

Gündəlik iş və vəzifələrinizi rahatlıqla track etmək üçün, aşağıdakı Excel formundan istifadə edə bilərsiniz. Buna gündəlik ToDo List də deyə bilərsiniz. İnterfeysi aşağıdakı kimidir:

Снимок.PNG

Öncə faylı endirin – Daily ToDo List – 2018

Faylın ən gözəl xüsusiyyəti – siz bunu özünüzə uyğun çox rahat bir şəkildə formalaşdıra bilərsiniz, fayldakı bütün formul və şərti formatlamalar avtomatik sizə uyğunlaşacaqdır. Bunun üçün fayldakı Input səhifəsinə gedib, öncə Təsərrüfat Təqvimini yeniləyirsiniz (2018-ci ili mən əlavə etmişəm).

Снимок.PNG

Vacib Qeyd: Tarixləri düzgün formatladığınızdan əmin olun, yoxsa fayl işləməyəcək.

Daha sonra, gündəlik/həftəlik/aylıq/kvartallıq işlərinizi planlaşdırın. Aşağıdakı kimi:

Снимок.PNG

Gördüyünüz işin təsviri (Reports), işin görülmə intervalı (Periodicity) və hansı biznes sahəsinə aidiyyatını (Business Area) qeyd edin. Bu siyahıda 11 fərqli iş olmasına baxmayaraq, siz istədiyiniz qədər uzada bilərsiniz.

Daha sonra əsas səhifəyə gəlib, sətir (ToDo list) və sütunları (Tarixlər) kopyalayıb yapışdırırsınız. Hər xana formul ilə tənzimlənir.

Siyahınız yekunlaşdıqdan sonra, müvafiq xanalara “x” (görüləcək işləri təmsil edir) və “ok” (işin görüldüyünü ifadə edəcək) yazmaqla ToDo Listinizi idarə edəcəksiniz. Görüləcək işlər qırmızı, görülən işlər isə yaşıl ilə avtomatik formatlanacaqdır.