Power Query ilə Mərkəzi Bankın istənilən 2 tarix arasındakı valyuta məzənnələrinin çəkilməsi

Power Analytics

Mərkəzi Bankın tək bir tarixə aid bütün valyuta məzənnələrinin Excel cədvəlimizə gündəlik olaraq avtomatik gətirilməsini Power Query ilə web-saytdan məlumat götürmək mövzusunda müzakirə etmişdik. Bəs hər hansı bir tək valyuta məzənnəsinin (məsələn, EUR) seçdiyimiz istənilən tarix aralığına müvafiq olaraq Exceldə avtomatik yenilənməsini necə edə bilərik? Bu yazı, məhz bu mövzudan bəhs edəcəkdir.

Prosesə başlamadan öncə, Mərkəzi Bankın valyuta məzənnələri olan səhifəsindən, Avronun 20 sentyabr – 7 oktyabr 2018-ci il tarixləri arasında dərc olunmuş bütün məzənnələri çəkmək istədiyimizi fərz edək.

Снимок.PNG

Bu səhifənin linkini kopyaladıqdan sonra, hər zaman olduğu kimi Data >> Get & Transform >> From Web seçirik. Açılan pəncərədə kopyaladığımız linki yapışdırıb, OK klikləyirik.

Снимок

Naviqasiya pəncərəsindən bizə maraqlı olan Table 0 olan cədvəli seçərək Edit düyməsinə klikləyirik.

Снимок.PNG

Power Query Editor səhifəsində isə, ancaq başlıqları dəyişərək, DateEUR rate olaraq adlandırırıq.

Снимок.PNG

Load & Close dedikdən sonra isə, bu dəyərləri Excel faylımıza transfer etmiş oluruq.

Снимок.PNG

Beləliklə, istənilən 2 tarix aralığına və istənilən məzənnəyə aid bütün dəyərləri gətirmiş olduq. Bu, məsələnin birinci hissəsidir.

Məsələnin 2-ci hissəsi, bu cədvəli dinamik hala gətirməkdir, yəni valyuta növünü və tarix aralığını dəyişməklə cədvəli yeniləyə bilməliyik, əks halda yuxarıda etdiklərimizin çox da əhəmiyyəti olmayacaqdır.

Bunun üçün, Power Query Editor pəncərəsinə geri dönürük (Data >> Queries & Connections).

Снимок.PNG

Faylın ən sağında açılacaq hissədən EUR rates Query-sinə 2 dəfə klikləyərək istədiyimiz pəncərəni açırıq.

Снимок.PNG

Power Query Editor pəncərəsi açıldıqdan sonra, Home >> Advanced Editor klikləyirik.

Снимок.PNG

Yeni dialoq qutusu, mövcud query-nin kodunu göstərəcəkdir:

Снимок.PNG

Bizə lazım olacaq sətir – Source sətridir. Bu sətrdə edəcəyimiz dəyişiklik, bizə lazım olan istənilən valyuta ilə istənilən tarix aralığındakı dəyərləri gətirməyə kömək edəcəkdir. Fərz edirik ki, RUB üçün 1 sentyabr – 1 oktyabr 2018-ci il tarixləri üçün məzənnələrin siyahısını istəyirik.

Ən sağa scroll etsək, valyutanın adını görmüş olacağıq (eur), onu yerindəcə manual qaydada rub ilə əvəz edirik.

Снимок.PNG

Məsələmizin birinci hissəsini həll etmiş olduq.

Tarix aralığı üçün isə, eyni koda nəzər yetirsək, orda 20, 9, 7, 10 ədədlərini görəcəyik, yəni 20.09 tarixi ilə 7.10 tarix aralığı, bir başqa deyişlə, bizim ilkin query-mizin şərtləri.

Снимок.PNG

Bu ədədləri 1.09 və 1.10 tarixləri olaraq dəyişdiyimiz anda, query-mizi yeniləmiş olacağıq.Снимок.PNG

OK kliklədikdən sonra, Excel bir az düşündükdən sonra, yeni cədvəl ilə qarşımızda olacaqdır. Valyuta dəyişdiyi üçün, EUR rate başlığını RUB rate ilə dəyişmək lazım olacaq.

Снимок.PNG

MB-nın saytında 01.09 tarixinə məzənnə olmadığı üçün, 03.09 tarixindən etibarən bütün məzənnələri gətirmiş olduq. Load & Close etdikdən sonra, yeni query-mizi Excelimizə atmış oluruq.

Beləliklə, həm tək valyutaya aid dəyərlərin web-saytdan çəkilməsini, həm də buna edilə biləcək dəyişiklikləri görmüş olduq. Növbəti yazıda isə, bir neçə valyutaya aid tarixi məzənnələrin çəkilməsi, və eyni faylda tək bir cədvəl halında hazırlanmasını müzakirə edəcəyik.