Müsabiqə 1 – Nəticələr

Müsabiqələr

Keçən həftə maaşların layihələr üzrə bölüşdürülməsi haqqında müsabiqəyə başlamışdıq. Həftə içində 20-dən çox email aldıq. Yolladığınız emaillardakı həll yolları bir-birinə çox oxşadığı üçün, kiminsə nəticəsini fərqləndirməmək qərarına gəldik. Onun əvəzinə, bu problemin həll yolu nümayiş olunacaq.

Xatırlayırsınızsa, problem aşağıdakı kimi idi. Hər bir işçi hansı layihədə iştirak etmişdisə, proporsional maaşı o layihənin altında göstərilməli idi.

Contest 1 - 1

Bu problemin ən qısa və ən effektiv yolu aşağıdakı formuldakı kimi olacaqdır:
Contest 1 resulsts - 1
Gəlin, formulun komponentlərini analiz edək:
Contest 1 resulsts - 2

  • =IF(D5<>”” – D5 xanası boş deyilsə (<> bərabər deyil mənasına gəlir),
  • C5-dəki dəyəri
  • D5:F5 diapazonundakı dəyərlərin sayına böl,
  • Əks halda, xanaya sıfır yaz.

Burdakı dollar işarələri də çox önəmlidir, çünki bizə gələn bəzi həll yollarında bu işarələrdən demək olar ki, heç istifadə olunmamış, hər bir xanaya ayrı-ayrılıqda formullar daxil edilmişdi. Bu isə, qeyri-effektiv bir yoldur.
Hər ehtimala qarşı, formul olan faylı sizlərlə bölüşürəm.
Faylı endir – Excel Stuff – Contest 1
Gün ərzində, 2-ci Müsabiqənin misalı ilə tanış olacaqsınız.
Uğurlar!