Xananın diaqonal xətt ilə ayrılması

Excel Hiylələri

Cədvəllərdə sətir və sütunların başlıqlarını tək bir xanaya yazmalı olduğumuz zaman nə etməli?

Diagonal line - 1.png

Hər bir şeydə olduğu kimi, bunun da alternativ yolları var. Məsələn, eyni problemi aşağıdakı kimi də həll etmək mümkündür.

Diagonal line - 2

Lakin bu halda, cədvəl daha qarışıq bir hal almış olur. Biz isə, bütün işlərimizi maksimum dərəcədə sadə və yalnız lazım olduğu qədər mürəkkəb etməliyik. O səbəblə, diaqonal xəttin necə çəkildiyinə baxaq. Nə qədər sadə olduğunun özünüz şahidi olacaqsınız.

Hər şeydən öncə, diaqonal xətt çəkilmək istənən xana seçilir və Ctrl + 1 ilə formatlama qutusunu açırıq.

Diagonal line - 3

Border seksiyasından xəttin stilini, rəngini və vertikal / horizontal / diaqonallığını seçib OK düyməsini klikləyirik.

Diagonal line - 4

Diaqonal xəttimizi əlavə etdikdən sonra, sıra bu xəttin üzəri və altındakı yazılarımızın necə yazılmalı olduğuna gəlir.

Bunun üçün sətir və sütunları açıqlayacaq başlıqlarımız olan WeeksBranches alt-alta yazılır. (Bir xanaya 2-ci  sətir əlavə etmək üçün daha ətraflı 4-cü shortcut – Alt + Enter ilə xanaya əlavə sətir əlavə etmək ).

Başlıqları əlavə etdikdən sonra Home >> Alignment seksiyasında ən sola və ən üstə yanaşdırma ikonları ilə mətnimizi xananın ən sol üst küncünə gətiririk.

Diagonal line - 5

Bundan sonra tək etməli olduğumuz isə, Weeks sözünün qarşısına gəlib, Space düyməsi ilə onu xananın sonuna qədər çəkməkdir.

Bununla da, cədvəlimizi yazının əvvəlindəki kimi, lazımi şəkildə formatlamış oluruq.

Uğurlar!