Filter sonrası sıra nömrələrinin avtomatik yenilənməsi

Formul hiylələri

Böyük məlumat bazası ilə işlədiyimiz zaman filterdən tez-tez istifadə edirik. Filter vasitəsilə müəyyən kriteriyaya əsasən filterlənmiş yeni siyahı əldə etdiyimiz zaman, sıra nömrələrinin ilkin siyahıdakı sıra nömrələri olduğunu görürük.

Sorting after filtering - 1

Məsələn, yuxarıdakı siyahıda maaşları 900-dan yuxarı olan satış nümayəndələri filterlənib. Amma fikir versək görəcəyik ki, onların sıra nömrələri ilkin siyahıdakı sıra nömrələri olaraq qalıb, yəni filterlənmiş yeni siyahıda 1, 2, 3, 4, 5 … olaraq davam etmir. Bu yazıda məhz bu problemi aradan qaldırmanın yollarını axtaracağıq.

Bu problemi həll etmək, yəni filterlənmiş hər yeni siyahının sıra nömrələri ilə davam etməsini əldə etmək üçün AGGREGATE funksiyasından istifadə edəcəyik. Bu funksiya SUBTOTAL funksiyası ilə demək olar ki, eyni işi görür. Lakin SUBTOTAL funksiyasından daha detallıdır.

Sıra nömrələri olan yerə yazmalı olduğumuz formul belə olacaqdır.

Sorting after filtering - 2

Funksiya əsas 3 komponentdən ibarətdir:

Function num – Bu, SUBTOTAL funksiyasında olduğu kimi əməliyyatın kodudur. Əməliyyatlar siyahısı isə aşağıdakı kimidir:

Sorting after filtering - 3

Biz sıra nömrələrini o siyahıdakı dəyərlərin sayına əsasən hesablanmalı olduğu məntiqi ilə 3 – COUNTA seçirik.

Options – Bu, filterləmə sonrasında nəzərə alınacaq dəyərləri süzgəcdən keçirməyə yarayır. Əgər filtersonrası xəta mesajlı, gizlədilmiş heç bir xananın nəticəyə təsir etməsini istəmiriksə, o halda burda da 3-cü variantı seçməliyik.

Sorting after filtering - 4

Array – Hər sətrə qədər olan diapazon.

Sorting after filtering - 5

Yuxarıdakı screenshot göstərir ki, birinci sətirdə D3:D3 olaraq daxil edib, ilk D3 xanasına $$ işarələrini əlavə etdikdən sonra, həmin xanadakı formulu kopyalayıb aşağıdakı xanalara yapışdırdığımız zaman, $ olan xana hər zaman stabil qalacaqdır. Bu isə, hər sətirdəki diapazonun aşağı düşdükcə genişlənməsinə gətirib çıxaracaqdır. (Mövzu ilə əlaqəli daha ətraflı – Formullardakı məşhur $ işarələri)

Formul olan faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – Filter sonrasi siralama