Excel-də kimyəvi və riyazi formullar necə yazılmalı?

Excel Hiylələri

Mövzunun başlığı ilk baxışda aydın olmasa, aşağıdakı misallara baxaraq nə edəcəyimizi rahatlıqla anlamaq mümkündür.

Superscript&Subscript - 1

Dəyərləri aid olduqların digər dəyərlərin aşağısı və ya yuxarısına necə gətirə bilərik?

Bunu etmənin son dərəcə sadə bir yolu vardır. İlk başda gəlin sulfat turşusunun formulu (H2SO4) üzərində işləyək.

Əvvəlcə, H2SO4 olan xananın içinə daxil olaraq (F2 düyməsi ilə) 2, rəqəmini highlight edərək Ctrl + 1 ilə formatlama qutusunu açırıq.

Superscript&Subscript - 2

Screenshot-dan da gördüyümüz kimi, formatlama qutusunun Effect bölməsindən Subscript check edilərək OK kliklənir. Yazımızın aşağıdakı kimi dəyişdiyini , yəni 2-nin H-ın aşağısına düşdüyünü görəcəyik.

Superscript&Subscript - 3

Eyni əməliyyatı bu dəfə sadəcə 4 rəqəmini seçərək təkrarladığımız zaman, sulfat turşusunun formulunun normal, bildiyimiz formata gəldiyini görəcəyik.

Tamamilə eyni məntiqlə, riyazi düsturlarda qüvvətlərin “yuxarı” çıxarılması əməliyyatı da həyata keçirilir. Belə ki, ax2 olan xanaya gedib, F2 ilə xanaya daxil olub, 2 rəqəmi highlight edildikdən sonra, Ctrl + 1 ilə formatlama qutusunu açırıq.

Superscript&Subscript - 4

Bu dəfə isə, Effect bölməsindən Superscript check edilir, OK kliklənir və əməliyyat yekunlaşdırılır. Bu məntiqlə aşağıdakı kimi düstur rahatlıqla yazıla bilər.

Superscript&Subscript - 5

Uğurlar!