EOMONTH funksiyası – hər ayın son gününün hesablanması

Funksiyalar

Hər hansı bir tarixə əsasən həmin aydakı son günü formul vasitəsilə hesablamaq istəsək EOMONTH funksiyasından istifadə etməliyik. Məsələn, 13 yanvar 2015-ci il tarixinə əsasən, həmin aydakı ən son günü hesablamağa çalışaq.

EOMONTH function - 1

Bunun etmək üçün, aşağıdakı kimi bir formuldan istifadə etməliyik:

EOMONTH function - 2

Gördüyümüz kimi, funksiya 2 komponentdən ibarətdir:

  1. Start date – başlanğıc tarixi. Excel bu tarixi əsas alaraq hesablama aparacaqdır – 13 yanvar 2015
  2. Months – neçə ay “irəliləmək” istədiyimizi ifadə edən rəqəm – biz sıfır yazmışıq, çünki mövcüd ayın son gününü hesablamaq istəyirik.

Enter düyməsinə basdıqdan sonra, Excel ayın son gününü hesablamış olacaq. Bunu hər zaman dəqiqliklə edə bilməsinin səbəbi, Excel platformasına astronomik təqvimin daha öncədən daxil edilmiş olmasıdır.

Funksiyanın ikinci komponenti üzərində bir az daha ətraflı durmaq istəyirəm. Misalımızda biz Months olaraq 0 seçdik, çünki mövcud ayın son gününü hesablamaq məqsədi güdürdük. Lakin, bir sonrakı ayın, 3 ay sonrakı ayın son gününü hesablamaq istəsək nə etməli?

Cavab, düşünürəm ki, çox açıqdır. Bir sonrakı ayın son gününü hesablamaq istəsək 0 yerinə 1 yazmalıyıq.

EOMONTH function - 3

Eyni məntiqlə, daha öncəki ayların son günlərini hesablaya bilmək üçün, geri gedəcəyimiz ay sayısının qarşısına mənfi işarəsini qoymağımız kifayət edəcəkdir. Aşağıdakı cədvəldə, Months komponentinə fərqli dəyərlər daxil etməklə nəticənin necə dəyişdiyini müşahidə etmək mümkündür.

EOMONTH function - 4

Əlavədəki faylı endirərək, funksiyanı daha ətraflı analiz edə bilərsiniz.

Uğurlar!

Faylı endir – EOMONTH function