Watch Window – başqa səhifədəki xananın izlənməsi

Formul hiylələri

Excel-in ən gözəl imkanlarından biri də Watch Window-dur. Fərz edək ki, hər hansı bir səhifədə müəyyən dəyərləri dəyişərək eksperiment aparırıq, lakin bu dəyişikliklər başqa bir səhifəyə də təsir edir, başqa səhifədəki xananı da dəyişir. Hər dəfə dəyişiklik etdikdən sonra həmin səhifəyə gedib həmin xanaya baxmaq əvəzinə, olduğumuz səhifədə qalmağa davam edərək Watch Window vasitəsilə digər səhifədəki xananı müşahidə edə bilərik.

Bunun üçün Formulas menusundan Watch Window ikonuna klikləmək kifayətdir.

Watch window - 1

Qarşımıza belə bir qutu çıxacaqdır.

Watch window - 2

İzləmək istədiyimiz xananı Add Watch ikonuna klikləyərək əlavə edə bilərik. Bu zaman, nəticəsini görmək istədiyimiz xananın üzərinə gedib, onu klikləməyimiz yetərli olacaqdır.

Watch window - 3

Screenshot-da gördüyümüz xana – EOMONTH adlı sheet-də yer alan C9 xanasıdır. Add düyməsini kliklədikdən sonra izlədiyimiz xananı əlavə etmiş oluruq.

Watch window - 4

  1. İzlənilən xananın yer aldığı faylın adı
  2. İzlənilən xananın yer aldığı sheet-in adı
  3. İzlənilən xananın özü
  4. İzlənilən xanadakı mövcud nəticə
  5. İzlənilən xanadakı formul

Və biz C9 xanasının bağlı olduğu istənilən xanadakı dəyəri dəyişdikdə burdakı nəticə də avtomatik dəyişəcəkdir.

İzləmək üçün çox sayıda xana əlavə etmənin mümkünlüyünü də qeyd etmək istərdim. Add Watch üzərinə klikləyərək eyni əməliyyatı istədiyimiz qədər təkrar edə bilərik.

Aktuallığını itirmiş xananı silmək üçün isə Add Watch ikonunun yanındakı Delete Watch ikonundan faydalanacağıq.

Uğurlar!