Sətir diaqramlarında (bar charts) dəyərlərin böyükdən kiçiyə doğru sıralanması

Charts & Graphs

Daha öncə sütun diaqramlarında dəyərlərin böyükdən kiçiyə doğru vizual olaraq sıralanmasının necə edildiyi haqqında müzakirə aparmışdıq. Bu dəfəki mövzumuz isə eyni məntiqin sətir diaqramlarına (bar charts) tətbiq edilməsi olacaqdır. Bir az sonra da görüləcəyi üzrə, sıralamanı əldə etmək hər iki diaqram növündə fərqlidir.

Diaqramı tərtib edəcəyimiz dəyərlər aşadıdakı kimi olacaqdır.

Sorting chart data - 1

Bu dəyərlər bar chart üzərində aşağıdakı kimi görünəcəkdir.

Sort data in bar charts - 1

Lakin sütun diaqramlarında olduğu kimi, burda da sıralama məntiqi ardıcıllıqla aparılmayıb, yəni azalan və yaxud artan tempdə getməyib. Bunu əldə etmək üçün, diaqram üzərində yox, ilkin dəyərlərimiz olan yuxarıdakı cədvəldəki satışlar olan dəyərlər seçilməli və Home >> Editing >> Sort & Filter >> Sort Largest to Smallest və daha sonra qarşımıza çıxacaq dialoq qutusundan isə Expand the Selection seçməliyik. Diaqramımız artıq aşağıdakı görüntüsünü alacaqdır.

Sort data in bar charts - 2

Fikrimcə, siz də razılaşarsınız ki, bu cür sıralama da instinktiv olaraq tam doğru deyil, çünki şüuraltımız bizə sıralamanın kiçikdən böyüyə doğru yox (indi olduğu kimi), böyükdən kiçiyə doğru getməli olduğunu deyir.

Bunu etmək üçün, şəhərlər olan y oxunun üzərinə mouse ilə klikləyib klaviaturadan Ctrl +1 shortcut-ından istifadə edərək (Shortcut-lar haqqında daha ətraflı – Sürətinizi artıracaq 8 shortcut) formatlama qutusunu açırıq.

Sağda açılacaq formatlama qutusunda aşağıdakı seçənəklər seçilməlidir.

Sort data in bar charts - 3

Nəticədə, diaqramımız istədiyimiz kimi böyükdən kiçiyə doğru, yuxarıdan aşağıya sıralanmış dəyərləri əks etdirmiş olacaqdır.

Sort data in bar charts - 4

Uğurlar!