Bu günkü tarixdən sonrakı vəya əvvəlki tarixlərin avtomatik fərqləndirilməsi

Formul hiylələri

Fərz edək ki, kredit borcu olan müştərilərimizin son ödəmə tarixlərinin bu gün etibarilə keçib keçmədiyini yoxlamaq istəyirik. Bunu, tarixləri bir-bir yoxlamaqla edə bilmərik, çünki məntiqsiz və lazımsız zaman itkisi olacaqdır. Bunun əvəzinə Excel-dəki şərti formatlamadan istifadə edərək, lazımi müştəriləri anındaca müəyyən edə bilərik. Tarixlər olan sütuna göz ataq.

Conditional formatting - dates - 1

Yuxarıdakı siyahıdakı tarixlərdən hansının bu gündən (30 iyul 2015) əvvəl olduğunu və beləliklə kreditin son ödəmə tarixinin keçdiyini təyin etmək üçün Conditional Formatting-dən istifadə edəcəyik.

Öncəliklə, tarixlər olan aralığı seçir və Home >> Styles >> Conditional Formatting >> New Rule >> Use a formula to determine which cell to format dialoq qutusunu açırıq.

Conditional formatting - dates - 2

Formul sətirində isə aşağıdakı formulu daxil edirik.

Conditional formatting - dates - 3

Gördüyümüz kimi, 3 şey etdik:

  1. Tarixlər olan aralığı seçdik.
  2. Formulumuzu formul sətirinə daxil etdik.
  3. İstəyimizə uyğun formatlamanı verdik.

Burda digərlərinə görə daha qəliz olan formul olan 2-ci bənddir. Onun haqqında xırda məlumat vermək istərdim.

Conditional formatting - dates - 4

Burda bizi çaşdıra biləcək xüsusi bir hal vardır. Belə ki, formatlamaq üçün bütün aralıq seçilməsinə baxmayaraq, formul hissəsində sadəcə o aralığın İLK XANASI qeyd edilməlidir. Excel özü digər bütün xanalara eyni məntiqi tətbiq edəcəkdir.

Beləliklə, B3 xanasındakı dəyərin =TODAY() funksiyasından kiçik olduğu bütün xanaları narıncı rəngə çevirəcək və beləliklə son ödəmə tarixi keçmiş bütün kredit müştərilərini anındaca müəyyən etmiş olacağıq. TODAY funksiyasını bilməyənlər üçün qeyd edim ki, bu funksiya hər zaman həmin günə olan tarixi verir. Biz bu funksiyadan istifadə etməklə, hər zaman həmin günə olan vaxtı keçmiş kreditləri fərqləndirmiş oluruq.

Formulu yazıb OK kliklədikdən sonra, tarixlər olan siyahımız aşağıdakı görüntüyə dönüşəcəkdir.

Conditional formatting - dates - 5

Əlavədəki faylı endirib formulun yazılışı ilə daha yaxından tanış ola bilərsiniz.

Uğurlar!

Faylı endir – Conditional formatting – dates