Bildiyimiz kimi, Windows-da eyni anda bir neçə proqram açıq olduğu zaman, onlar arasında naviqasiya etmək üçün Alt +Tab düymələrinin kombinasiyasından istifadə edirik. Beləliklə, həm zaman qazanmış, həm də mouse-dan daha az istifadə etmiş oluruq.
Əsas maraqlı shortcut isə başqasıdır.
Yuxarıda bəhsini etdiyim shortcut açıq olan bütün proqramları sıra ilə naviqasiya etməyə yarayır, lakin Ctrl + Tab kombinasiyası isə, yalnızca eyni formatlı açıq proqramlar arasında “gəlib-getməyə” yarayır. Məsələn, hesab etsək ki, kompyuterimizdə 1 ədəd Google Chrome brauzeri və 3 fərqli Excel faylı açıqdır, bu halda, Alt +Tab kombinasiyası bizi sıra ilə açıq olan bütün proqramlara aparacaqdır.
Açıq olan hər hansı bir Excel faylının üzərinə gəlib bu dəfə Ctrl + Tab kombinasiyasından istifadə etsək, bu dəfə naviqasiyamız sadəcə Excel faylları arasında olacaqdır.
Yəni, açıq olan 4,5,6 və s. proqrama baxmayaraq, naviqasiyamız sadəcə Excel faylları ilə məhdudlanacaqdır.
Eyni şəkildə, fərz etsək ki, Google Chrome brauzerində 5 ədəd tab açmışıq, bu dəfə Ctrl + Tab kombinasiyası sadəcə o tab-lar arasında birindən digərinə keçməyə yarayacaq və Chrome brauzerindən “kənara” çıxmayacaqdır.
Alt + Tab qədər, Ctrl + Tab da çox sadə, lakin bir o qədər faydalıdır.
Uğurlar!