Kəsrli sayı formatı

Excel Hiylələri

Fərz edək ki, 1 ədəd tortun maliyyətini hesablamaq istəyirik. Xəyali cədvəlimiz aşağıdakı kimi olacaqdır.

Format as fraction - 1

Quantity sütunundakı dəyərləri isə yuxarıdakı kimi, riyazi olaraq yox, məhz kəsrli formatda göstərmək istəyirik. Yəni, 0,8 əvəzinə 4/5 formatında.

Bunun üçün formatlamaq istədiyimiz bütün xanaları seçirik. Bizim misalımızda bu, sarı ilə işarələnən miqdarlar olan xanalardır. Daha sonra Ctrl + 1 shortcut-ı ilə formatlama dialoq qutusunu açırıq.

Format as fraction - 2

Soldakı siyahıdan Fraction (kəsr) seçdikdən sonra sağda yaranan yeni format siyahısından bizim üçün ən uyğun olanını seçirik. Qəlizləşdirməmək məqsədilə ən sadəsi olan birinci variantı seçib OK klikləyirik.

Format as fraction - 3

Artıq, bütün rəqəmlər bizim istədiyimiz formata uyğundur və daha əvvəlki formatla müqayisədə daha rahat başa düşüləndir. Bundan əlavə, yeni formatladığımız xanalardan hər hansı birinin üzərinə gəlsək, arxasındakı dəyərin daha öncə daxil etmiş olduğumuz dəyər olduğunu, dəyişən sadəcə görüntüsünün olduğunu müşahidə edə bilərik.

Format as fraction - 4

Uğurlar!