Excel-də bütün xanaların içini necə görməli?

Excel Hiylələri

Excel-də məlumatları, cədvəl və hesabatları hazırladıqdan sonra mütləq surətdə onların doğruluğunu yoxlamaq məcburiyyətindəyik. Çünki ilk başda nəzərdən yayınan kiçik bir nyuans yekun rəqəmlərə ciddi şəkildə təsir edə və hesabatın güvənilirliyini şübhə altına sala bilər. Bunun qarşısını almaq üçün kiçik səviyyəli auditə ehtiyacımız var.

Daha öncəki mövzularda istifadə etdiyimiz bir cədvəli diqqətinizə çatdırıram.

How to see inner side of cells - 1

Bu cədvəli tamamladıqdan sonra cədvəlin komponentlərini bir-bir yoxlamalıyıq. Formullar düzgün xanalara daxil edilibmi? Daxil edilibsə, formul ümumiyyətlə düzgün yazılıbmı? Bunun üçün əvvəla, bütün formul olan xanaları öncə müəyyən etməli, daha sonra bir-bir içinə daxil olub düzgünlüyünü yoxlamalıyıq. Razılaşarsınız ki, çox uzun və yorucu bir işdir. Bunun əvəzinə, Ctrl + ` shortcut-ından istifadə edəcəyik. ” ` ” işarəsi klaviaturada Tab düyməsinin üstündə, 1 düyməsinin isə solunda yerləşir.

How to see inner side of cells - 2

Ctrl + ` shorcut-ı bizə sheet-dəki bütün xanaların içində olan məlumatı göstərir. Bu əməliyyatı ciblərimizin içini bayıra çıxardığımız kimi düşünə bilərsiniz. Beləliklə, hər bir xanaya daxil edilən məlumat eyni anda gözümüzün qabağında olmuş olacaq. B, C və D sütunlarındakı dəyərlər manual, E sütunundakı dəyərlər isə, digər xanalardakı məlumatlardan istifadə edilərək formul olaraq daxil edildiyini görürük. Formul olan hər hansı bir xananın üzərinə gəldikdə isə, avtomatik olaraq xananı formalaşdıran digər xanalar Excel tərəfindən seçilmiş olur.

How to see inner side of cells - 3

Beləliklə, daxil etdiyimiz hər bir məlumatın rahat bir şəkildə audit etmə imkanımız yaranır.

Cədvəli əvvəlki görüntüsünə qaytarmaq üçün isə, eyni shortcut (Ctrl + `)yenidən istifadə edilməlidir.

Uğurlar!