Flash Fill – sehrli vasitə

Excel Hiylələri

Excel 2013 haqqında danışarkən, ən gözəl və maraqlı xüsusiyyətinin Flash Fill adlı vasitə olduğunu bildirmişdik (Daha ətraflıFlash Fill – Excel 2013). Flash Fill-in yalnız Excel 2013 versiyasında olduğunu bir daha xatırlatmaq istərdim.

Qısaca təkrarlayası olsaq, Flash Fill Excel-in müəyyən xronologiya və məntiq əsasında işləri bizim yerimizə avtomatlaşdırmağa yarayan bir vasitəsidir. Misal üzərində nümayiş etdirməyə çalışacağam və bununla da Flash Fill-in əslində necə də güclü bir vasitə olduğu daha çox ortaya çıxacaqdır.

 Flash Fill - 1

Muhasibat proqramından işçilərimiz olan siyahını almış və boş xanaları müvafiq surətdə doldurmaq ehtiyacımız yaranmışdır. Manual olaraq etməyi unuda bilərik. Flash Fill hər şeyi özü edəcəkdir.

Bir xanada olan mətni bir neçə xanaya bölmək üçün Text – to – Columns imkanından istifadə edə bilərik. Lakin Flash Fill ilə heç bir şey müqayisə edilə bilməz. Gəlin, məsələnin mahiyyəti ilə daha da yaxından tanış olaq.

İşçilərimizin hər birinə aid unikal kod, adı, soyadı və qeydiyyatda olduğu şəhərlər olan siyahı ilə qarşı qarşıyayıq və cədvəlin sağındakı bütün boş xanaları müvafiq surətdə doldurmalıyıq. Bunun üçün ilk öncə siyahıdakı ilk şəxsə aid məlumatlar daxil edilməlidir. Daha sonra isə sehrli Ctrl + E shortcut-ı öz işini görəcəkdir. Aşağıdakı görüntüyə nəzər yetirək.

Flash Fill - 2

İlk sətir doldurulduqdan sonra ikinci sətirdəki hər bir boş xanaya gəlib Ctrl + E shortcut-ından istifadə edərək digər bütün xanaları avtomatik doldurmuş olduq. Eyni prosedurları Text-to-Columns vasitəsilə də edə bilərdik, lakin Flash Fill-dəki rahatlığı heç bir şey ilə müqayisə etmək belə mümkün deyil.

Flash Fill qarşısında duran “vəzifələri” xeyli kompleksləşdirərək necə mükəmməl bir vasitə olduğunu daha da yaxşı anlaya bilərik. Unikal kod, ad, soyad və şəhər adlarından savayı başqa xanalara da ehtiyac olduğunu fərz edək. Bunlar işçinin inisialları, şəhər adlarının qısaltmaları və bunların yekun kombinasiyaları olmuş olsun. Yoxlayaq görək Flash Fill bu problemi də eyni dərəcədə müvəffəqiyyətlə həyata keçirə biləcək?!

Flash Fill - 3

Beləliklə, uzun və əziyyətli iş tələb edən proseslər Excel-in məntiqi ardıcıllığı anlayan və həyata keçirən Flash Fill vasitəsilə anında həyata keçirilmiş olur.

Hazır data olan faylı əlavədən endirə və özünüz yoxlaya bilərsiniz.

Uğurlar!

Faylı endir – Flash Fill