NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı

Funksiyalar

HR və ya əmək haqqı üzrə muhasib sahəsində çalışırsınızsa, hər ayın sonunda işçilərə əmək haqqı hesablayarkən həmin aya aid iş günlərinin sayını bilməniz gərəkməkdədir. Bütün muhasibatlıq proqramları bunu avtomatik hesablayır, lakin eyni əməliyyatı Excel-də biz özümüz də həyata keçirə bilərik. Bunun üçün NETWORKDAYS funksiyasından istifadə edəcəyik.

Hesab edək ki, aşağıdakı bu 2 tarix arasındakı iş günlərinin sayını bilmək istəyirik.

NETWORKDAYS - 1

Funksiyanı yazıb, daha sonra isə izahını verməyə çalışacağam.

NETWORKDAYS - 2

Görüldüyü kimi, funksiya 3 hissədən ibarətdir:

Start date – dövrün əvvəllinə olan tarix

End date – dövrün sonuna olan tarix

Holidays – həmin dövrü əhatə edən bayram/qeyri-iş günləri olan siyahı. Bu siyahı hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istehsalat təqvimi adı altında dərc edilir.

Diqqət yetirsək, bu funksiyanın daha öncə müzakirə etdiyimiz WORKDAY funksiyası ilə ciddi dərəcədə oxşarlıq göstərdiyini görərik. WORKDAY funksiyası başlanğıc tarixi və müddəti bilinən, lakin bitiş tarixi hesablanmaq istənilən durumlarda, NETWORKDAYS funksiyası isə 2 tarix arasındakı iş günlərinin sayını hesablamağa yarayır.

Funksiyanın 3-cü komponenti olan Holidays ixtiyaridir, yəni ora hər hansı bir aralıq yazılmasa da olar, amma nəticənin tam dəqiq olması üçün (xüsusilə əmək haqqı hesablandığı zaman) istifadə edilməsi mütləq tövsiyyə edilir.

Hesablamaların olduğu faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – NETWORKDAYS funksiyasi