Excel-dəki ən gözəl, ən asan və ən az bilinən xüsusiyyətlərdən biri, Excel sheet-i üzərində olan istənilən məlumatı kopyalayıb, şəkil olaraq başqa bir səhifəyə, fayla kopyalamaq imkanıdır. Şirkətimizin aşağıdakı kimi 6 aylıq satış rəqəmləri olsun.
Biz bu cədvəli yekun hesabatımıza daxil etmək istəyirik, lakin bunu etmək üçün cədvəli kopyalamalıyıq, belə olan halda cədvəldəki bütün linkləri yoxlamaq məcburiyyətində olacağıq. Bütün bu əziyyətlərin yerinə, cədvəlimizi şəkil olaraq kopyalayıb yapışdırmaq daha məntiqli səslənə bilər.
Bunun üçün aşağıdakı addımları atmağımız kifayət edəcəkdir:
Artıq, cədvəlimiz şəkil formatını almış oldu.
Bu şəkli istənilən hesabatımıza əlavə edə bilərik. Bu cür kopyalamanın mənfi tərəfi odur ki, əgər əsas cədvəldə hər hansı bir dəyişiklik olsa, şəklimiz avtomatik yenilənməyəcək. O səbəblə, ən gözəl addım həm şəkli, həm də linkləri kopyalamaq olacaqdır. Aşağıdakı görüntüdə bütün addımlar əks olunub.
Görürük ki, əsas cədvəldə edilən istənilən dəyişiklik şəkil olaraq olaraq yapışdırdığımız cədvəldə ani olaraq öz əksini tapır. Xüsusilə dashboard hesabatları hazırlayan professionallar bu vasitədən sıxlıqla istifadə etməyə meyllidir, çünki bu, onlara müəyyən ölçüdə elastiklik verir. İnteraktiv hesabatlar hazırlandığı zaman, fərqli-fərqli diaqram və cədvəllərin təqdimatı zamanı Paste as Linked Picture böyük imkanlar yaradır.
Uğurlar!