Cədvəlimizə diqqət yetirək. KLM şirkətinin ilk yarımillik satışları olan cədvəli görürük.
Bu cədvəl hər hansı bir hesabatlıq baxımından çox da məna ifadə etmir. Bəli, bütün göstəricilər göz qabağındandır, lakin bunların hər biri rəhbərlik üçün maraqlı olmaq məcburiyyətində deyil. Onlar müəyyən məhsulların müəyyən aylardakı satış dəyərlərini görmək istəyə bilər. Bunun üçün onlara bütn cədvəl əvəzinə, özlərinin seçimlər edəcəyi sadə bir forma verməliyik.
Çox sadə olması baxımından aşağıdakı kimi bir cədvəl hazırlaya bilərik.
Data Validation vasitəsilə, məhsul adlarını və ayları siyahı halında müvafiq olaraq Product və Month xanalarına daxil etdikdən sonra, əsas məsələ həmin məhsulun həmin aydakı satış məbləğinin formul vasitəsilə müəyyənləşdirilməsi olacaqdır.
Bunun üçün, qəliz olmaqla bərabər, çox faydalı bir texnikadan istifadə edəcəyik. SUMPRODUCT funksiyası ilə bu kiçik möcüzəni həyata keçirəcəyik. Ümumiyyətlə, SUMPRODUCT funksiyası normal işləyişindən savayı, bir çox problemin praktik həllində də əvəzedilməz bir vasitədir.
Gəlin, yazacağımız formula nəzər yetirək. Öncə formulu yazıb, daha sonra açıqlamasını verəcəyəm. Hesab edək ki, Tablets məhsulunun Mart ayına olan satış dəyərini bilmək istəyirik.
Formul 3 komponentdən əmələ gəlir.
Diqqət etdinizsə, hər 3 komponent bir-birinə vurulmalıdır. Bu, SUMPRODUCT funksiyasının xüsusi istifadə üsullarından biridir, o səbəbdən, formulu müəyyən ölçüdə əzbərləmək lazım gələ bilər. Digər tərəfdən, formulun sadə və bəsit məntiqini yaxşı qavrasaq, o halda heç əzbərləmək də lazım olmayacaqdır.
Artıq, istənilən qədər Product və Month xanalarını dəyişərək nəticənin avtomatik yeniləndiyini müşahidə edə bilərik.
Son olaraq bir şeyi də qeyd edim ki, eyni əməliyyat INDEX və MATCH funksiyalarının birgə istifadəsi zamanı da həyata keçirilə bilər, lakin SUMPRODUCT ilə bu, çox daha rahat tətbiq edilir.
Əlavədəki faylı endirib formulu daha yaxından analiz edə bilərsiniz.
Uğurlar!
Faylı endir – SUMPRODUCT magic