Çox faydalı 5 shortcut

Excel Hiylələri

Qəbul etməliyik ki, Excel-də işləyərkən ilk baxışda çox sadə görünən əməliyyatlar bəzən çox uzun zaman və əmək aparır. O səbəbdən, mümkün olan hər bir imkanda Excel-dəki çox rahat shortcut-lardan istifadə etmək hər zaman tövsiyyə olunur. Bu gün, bu shortcut-lardan 5 dənəsi ilə tanış olacağıq.

1. Alt + E + S – Paste special dialoq qutusunun açılması

Bu kombinasiya böyük məlumat bazası, analitik cədvəllər, formullar istifadə edən professionalların daha çox istifadə etdiyi Paste Special dialoq qutusunun açılması üçündür.

5 shortcuts - 1

Əgər bu shortcutdan istifadə etməmiş olsaydıq, mouse düyməsinə sağ klikləyib ordan Paste Special seçməli olacaqdıq. Öz kompüterinizdə hər iki yolu dənəyin, mouse-suz variantı bəyənəcəyinizdən əminəm. Paste Special haqqında daha ətraflı aşağıdakı linklərdən məlumat ala bilərsiniz:

2. Ctrl + Shift + 8 – Cədvəli bütövlükdə seçmək

Bu shortcut ilə müəyyən aralıqların və ya bütöv cədvəllərin avtomatik seçilməsinə nail oluruq. Məsələn aşağıdakı kimi bir cədvəli seçmək istəsək, təxminən belə bir şey etməli olacağıq.

Shortcuts - 1

Bu, kiçik bir cədvəl olduğu üçün, çox da zaman itirmədik. Lakin cədvəllərin ölçülərinin ciddi şəkildə olduğu müasir dövrümüzdə eyni əməliyyatı edəcək Ctrl+Shift+8 shortcut-ı var. Necə rahatlıq gətirdiyinə aşağıdakı görüntüdən baxa bilərik. Cədvəlin istənilən xanasına gəlib Ctrl+Shift+8 basmağımız kifayət edəcəkdir.

Shortcuts - 2

3. Alt + Down arrow key

5 shortcuts - 2

Mətn formatlı məlumat olan bir sütun olmuş olsun. Bu sütunun istənilən xanasına gəlib Alt + Down arrow key basdığımız zaman həmin sütunda daha öncə daxil edilmiş mətnlər drop-down list olaraq qarşımıza çıxacaq.

Shortcuts - 3

Excel bundan əvvəl daxil etdiyimiz xanaları yadda saxlayaraq vaxta qənaət edə bilməmiz üçün hazır siyahı olaraq qarşımıza çıxarır. Bu, bir növ avtomatlaşdırılmış Drop-down list funksiyası daşıyır.

4. Alt + Enter – xana daxilinə ikinci sətirin əlavə edilməsi

Bəzən bir xananın daxilinə ikinci sətir əlavə etmək ehtiyacı olur.

5 shortcuts - 3

Məsələn, yuxarıdakı Product description sözünü soldakı kimi yazmaq istəsək, xana çox enli olmuş olacaq. Bunun əvəzinə, ikinci sözü bir sətir aşağı “ata” bilərik. Bunun üçün ilk sözün sonuna gəlib Alt+Enter klikləməyimiz kifayət olacaqdır.

5. Ctrl+Page down/Page up

Sheet-lər arası naviqasiya edərkən mouse-dan istifadəni minimallaşdırmaq üçün məhz bu kombinasiyadan istifadə edilməlidir. Ctrl düyməsi basılı tutularaq Page Down və Page Up düymələri ilə irəli-geri hərəkət etmək mümkündür.

Untitled

Uğurlar!