POWER funksiyası – qüvvətin hesablanması

Funksiyalar

POWER funksiyası Excel-dəki ən sadə funksiyalardan biridir və hər hansı bir ədədin qüvvətinin hesablanmasında istifadə edilir. Bunun üçün ədədin özü və qüvvəti olan xanalara bu funksiya daxilində istinad etməliyik.

 POWER function - 1

Screenshot-dan da gördüyümüz kimi, bunun üçün əvvəla ədəd, daha sonra isə qüvvət olan xana seçilməlidir. Enter düyməsinə basıb nəticəni əldə etmiş olarıq.

POWER funksiyası istifadə edilərkən, xanaya istinad verməkdən əlavə, bu funksiyanın daxilinə istənilən rəqəmləri birbaşa olaraq da daxil edib eyni nəticəni əldə edə bilərik.

POWER function - 2

Görüldüyü üzrə, 4-ün 3-cü qüvvətini bu formada da hesablaya bilərik. Lakin imkan olduğu müddətcə, hər zaman xanaya istinad üsulu istifadə edilməlidir. Çünki gələcəkdə hər hansı bir dəyişiklik ehtiyacı yarandıqda, hər bir xanaya girib bir-bir dəyişdirmək əvəzinə, sadəcə ədəd və qüvvət olan xanaları dəyişdirməmiz kifayət edəcəkdir.

Hər hansı bir ədədin qüvvətini hesablamaq üçün mütləq surətdə POWER funksiyası gərəkmir, daha asan istifadə üsulu da mövcuddur. Bunun üçün Shift + 6 kombinasiyasının verdiyi ” ^ ” işarəsindən istifadə edəcəyik.

POWER function - 3

Ədəd və qüvvəti aralarına ” ^ ” işarəsi gələcək şəkildə qoyaraq da POWER funksiyasının verdiyi nəticəni əldə edə bilərik.

POWER funksiyası daha professional təsir bağışlamaqla bərabər ” ^ ” işarəsi çox daha asan va praktik görünür.

Uğurlar!