PMT funksiyası – kredit ödənişlərinin hesablanması

Funksiyalar

Bir çoxumuzun kredit tarixçəsi var və bir çoxumuz kredit deyildikdə onun komponentləri haqqında müəyyən informasiyaya sahibdir. Qısaca təkrar edəsi olsaq, hər bir kreditin

  1. Məbləği
  2. Müddəti və
  3. Faiz dərəcəsi

olur. Düşünürəm ki, bunları bir-bir açıqlamağa ehtiyac yoxdur, çünki özü özlərini açıqlayıcıdırlar.

Gəlin, götürdüyümüz kreditin aylıq geri ödəmə məbləğlərinin hesablanması texnikasına baxaq.

PMT funksiyasi - 1

Yuxarıdakı şərtlərə kredit götürsək, aylıq geri ödəmələrimizin nə olacağını bilmək üçün, Excel-in PMT funksiyasından istifadə edəcəyik. Formulun necə yazılacağını göstərdikdən sonra, onun komponentlərini bir-bir izah etməyə çalışacağam.

PMT funksiyasi - 2

Funksiyanın məcburi komponentlərini nəzərdən keçirək.

Rate: Kreditin faiz dərəcəsi – 16%

Nper (number of periods): Kreditin müddəti – 23 ay

Pv (present value): Kreditin məbləği.

Hər üçünü daxil etdikdən sonra formulumuz tam formalaşmış olur. Lakin diqqət etdinizsə, formul mənfi işarəsi ilə başlayır. Bunun səbəbi odur ki, geri ödəmə hesablandığı üçün Excel avtomatik nəticənin qarşısına mənfi işarəsi qoyur. Biz bu mənfini aradan qaldırmaq üçün ya ABS funksiyasından istifadə etməli, ya da formulun qarşısına əlavə bir mənfi qoymalıyıq.

Formuldakı ikinci nyuans isə faiz dərəcəsinin 12-yə bölünməsidir. Bunun da çox sadə bir səbəbi var. Kreditin şərtlərindəki faiz dərəcəsi illik olduğu üçün, onu 12-yə bölərək aylıq nominal faiz dərəcəsini tapmış oluruq.

Son olaraq bir şeyi də qeyd edim ki, yuxarıdakı misal sadə kredit şərtlərinin olduğu ödəmələri təsvir edib, lakin bankların təqdim etdiyi kredit şərtlərinin çox daha mürəkkəb ola biləcəyini də unutmamaq gərəkdir. Xüsusilə geri ödəmə aylıq yox, məsələn kvartal, yarımillik və s. olduğu zaman yuxarıda aparmış olduğumuz hesablamaya müəyyən əlavələr etmək zərurəti yaranacaqdır.

Hesablamaların aparıldığı faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – PMT funksiyasi