Xanaya şərh əlavə etmə – Data Validation

Excel Hiylələri

Daha öncəki Xanaya şərh əlavə etmə adlı yazımızda şərh əlavə etmənin ilk üsulunu ələ almışdıq. Hər hansı bir xanaya şərh əlavə etmək üçün digər üsul – Data Validation üsuludur. Bu iki üsul arasında ciddi fərqlər var və hər kəs özünə uyğun olanını seçə bilər.

Hesab edək ki, HR departamenti olaraq şirkətdəki işçilərlə bağlı məlumatı yığmaq istəyirik və bunun üçün hər bir işçiyə aşağıdakı məlumat formasını yollayırıq.

Add comment - 2

Heç bir anlaşılmazlıq olmasın deyə, tələb olunan hər bir məlumatın necə daxil ediləcəyi haqda əlavə şərhlər də qoymaq istəyirik. Misalımızdan da gördüyümüz kimi, anadan olma tarixinin formatının necə olması gərəkdiyi haqda şərh qoymuşuq. Və bu xananın üzərinə gəlindiyi istənilən anda bu şərh mesajı qarşımıza çıxacaq.

Bunun necə edildiyinə baxaq.

Data >> Data Tools >> Data Validation seçilir. Qarşımıza çıxan dialoq qutusundan Input Message bölməsinə gedilir və istənilən mesaj, məlumat Input Message hissəsinə daxil edilir.

Untitled

Eyni şəkildə digər xanalara da müvafiq şərhlər əlavə edilə bilər. Beləliklə, doldurulmuş qaydada sizə geri göndərilən məlumatların sizin istəyinizə uyğun formatda olmasına nail olmuş oluruq.

Şərhi silmək üçün, eyni qutucuğa gedib, Input message bölməsindəki yazını silib OK klikləməyiniz yetərlidir.

Shift+F2 ilə Data Validation arasındakı seçim tamamilə sizə aiddir. Hər birinin öz üstün və mənfi cəhətləri var.

Shift+F2 ilə şərh əlavə etdiyimiz zaman, xananın sağ üst küncündə qırmız üçbucaq yaranır və bizə şərhin harda olduğunu göstərir, amma Data Validation ilə hansı xanalarda şərhin olduğunu bilmək mümkün olmur.

Şəxsi fikrimə görə, Data Validation daha eleqantdır və daha professional təsir bağışlayır.

Uğurlar!