Sparklines – xanadaxili diaqram və qrafiklər

Charts & Graphs

Excel 2010 (və onun davamı olaraq Excel 2013) çox maraqlı bir yenilik ilə yadda qaldı: artıq tək bir xanaya diaqram və qrafik əlavə edə biləcəkdik. Aşağıda da gördüyümüz kimi, fərqli məhsullar üzrə aylıq satış məbləğləri var. Excel 2007 və daha öncəsində hər hansı bir trend xətti əlavə etmək üçün ayrıca qrafiklər tərtib etməmiz lazım olacaqdı, lakin xoşbəxtlikdən Excel 2010 və sonrası bunun çox daha sadə, praktik və gözəl yolunu təqdim etdi. Aşağıdakı screenshot-da görüldüyü kimi, bundan belə tək bir xananın daxilinə həmin trend xəttini əlavə etmək imkanımız var.

Sparklines - 1

Yəqin razılaşarsınız ki, sadə diaqramın əlavə edilməsi cədvəli tamamilə başqa bir çöhrəyə bürüyür, ona daha professional görüntü verir.

Bəs sprakline necə əlavə edilir? Gəlin ətraflı baxaq.

Hər şeydən öncə, məbləğlər olan aralıq seçilir, Insert menusu, Sparklines seksiyası və Line seçilir. Aşağıdakı kimi.

Untitled

Açılan qutuda Sparkline-ları hara daxil etmək istədiyiniz istənilir, istədiyiniz xanaları göstərə bilərsiniz.

Ümumiyyətlə, sparkline olaraq 3 alternativ var – Line, Column və Win/Loss diaqramları. Siz qurmuş olduğunuz sparkline-ların üzərinə gəlib, yeni açılan Design menusuna gedib, onları edit etmə imkanına sahibsiniz. Rəngini, göstərməsini istədiyiniz nöqtələri, məlumatın gəldiyi aralığı və s. dəyişə bilərsiniz. Aşağıdakı görüntüyə nəzər yetirin.

Untitled-2

Prezentasiya baxımından faydalı ola biləcək digər bir nyuans isə Line olaraq seçdiyimiz diaqramların ən üst, ən aşağı, ilk və son dəyərlərinin fərqləndirilməsidir.

Untitled-3

Menunu özünüz də araşdıra bilərsiniz, marker və sparkline rənglərini, qalınlığını və s. eksperiment edərək yoxlaya, özünüz üçün ən uyğun kombinasiyanı seçə bilərsiniz.

Sparkline olan xanaları təmizləmək istəsəniz, normal qaydada Delete işə yaramayacaq. Bunun üçün sparkline olan xananın üzərinə gəlib Design menusuna gedirsiniz. Aşağıdakı screenshot-da gördüyünüz kimi Clear düyməsini klikləyirsiniz.

Sparklines - 5

Əfsuslar olsun ki, Excel 2007 işlədənlər sparkline olan faylı açdıqları zaman həmin xanaların boş olduğunu müşahidə edəcək. Digər bir ifadəylə, sparkline işlədə bilmək üçün ya Excel 2010, ya da Excel 2013-ü yükləməniz gərəklidir. Bu səbəblə, son dərəcə ehtiyatlı olmaq lazımdır. Hesabatı yolladığınız rəhbəriniz Excel 2007 işlədirsə, bu halda sparkline qəti surətdə əlavə etməyin.

Yuxarıdakı cədvəl olan faylı əlavədən endirə bilərsiniz.

Faylı endir – Sparklines