Siyahıdakı unikal dəyərlərin sayı

Ümumi

Yaxın zamanlarda öyrəndiyim bir formulu sizlərlə paylaşmaq istəyirəm. Hesab edin ki, hansısa bir siyahıdakı unikal dəyərlərin sayını bilmək istəyirsiniz. Remove Duplicates vasitəsilə siyahını seçib, dublikatları silib, unikal dəyərlərin sayını öyrənmək olar, amma bunu formul vasitəsilə etmək istəsək necə etməli?

Siyahımız aşağıdakı kimi olsun.

Number of unique values - 1

Yazacağımız formul belə olacaqdır.

=SUMPRODUCT(1/COUNTIF(C3:C11;C3:C11))

Number of unique values - 2

Formulun çalışma məntiqini yazını qələmə aldığım dövrdə tam başa düşməmişdim, amma dəyərli dostum Elnur bu məsələyə çox aydın bir şəkildə açıqlıq gətirdi:

“=COUNTIF(C3:C11,C3:C11) array funksiyasıdır. Nəticəsi bir rəqəm deyil bir neçə rəqəm olacaq. Bu şəkildə: {3;3;2;1;2;3;1;1;1}. Yəni hər bir dəyərin neçə dənə olduğunu göstərəcək. Mis. Bakı sözü üç dənədir və Bakı sözünün olduğu hər xanada 3 rəqəmini göstərir.
=1/COUNTIF(C3:C11,C3:C11) yuxarıdakı rəqəmləri 1 ə bölür. Nəticəsi: {0.333333333333333;0.333333333333333;0.5;1;0.5;0.333333333333333;1;1;1}
Mis üçün: Bakı üçün hesablanan 3 rəqəmi 0.33 dəyərini aldı (1/3).
=SUMPRODUCT(1/COUNTIF(C3:C11,C3:C11)) həmin bölünmüş rəqəmləri topladı.
Bakı üçün üç ədəd 0.33 rəqəmi hesablanmışdı. Bunurı toplayanda 1 rəqəmini alacaq. Yəni Bakı 1 unikal söz kmi hesablandı. Əgər dörd ədəd Bakı sözü olsaydı 4 ədəd 0.25 i toplayacaqdı.”

Bir nyuansı da qeyd etmək istəyirəm ki, dəyər dediyimiz mövhum həm mətn, həm rəqəm, həm də hər hansı bir işarə ola bilər.

Analiz etməniz üçün faylı əlavədən endirə bilərsiniz. Siyahıdakı dəyərləri dəyişdirərək nəticənin necə dəyişdiyini müşahidə edə bilərsiniz.

Faylı endir – Number of unique values