LARGE funksiyası – "Top 5" tipli hesabatlar üçün əvəzedilməz vasitə

Funksiyalar

Hər hansı bir siyahıdakı ən böyük ədədi formul vasitəsilə tapmaq istəsək, işlədəcəyimiz funksiya MAX olacaqdır. MAX funksiyası aşağıdakı kimi istifadə olunur. Etməli olduğumuz tək şey – MAX funksiyasına istədiyimiz aralığı daxil etmək olacaqdır.

LARGE function - 1

Bəs ən yüksək 2-ci dəyəri bilmək istəsək nə etməli? Bu səfər MAX funksiyası işimizə yaramayacaqdır.

Məhz bu halda LARGE funksiyasından istifadə edilməlidir. Sintaksı (yazılış qaydası) çox bəsit olmaqla bərabər aşağıdakı kimidir:

LARGE function - 2

Array: Siyahı aralığı

k:        Neçənci ən böyük dəyər (misalımızda 2-ci ən böyük dəyəri öyrənmək istəyirik)

Bu qədər sadə. Unutmayaq ki, k olaraq 1 yazsaq (yəni ən böyük 1-ci dəyər), siyahıdakı ən yüksək dəyəri görmüş olacağıq. Başqa dillə desək, =MAX(C2:C11) ilə =LARGE(C2:C11;1) tamamilə eyni nəticəni verəcəkdir.

Bu funksiyaların praktik yanını düşünəcək olsaq, fərz edək ki, hansısa bankda kredit portfelindən məsul şəxssiniz və ən çox kredit verən 5 filialı bilmək istəyirsiniz. Bunun üçün LARGE funksiyası əvəzsiz rol oynayacaqdır.

Filiallar haqqında əlimizdə aşağıdakı kimi məlumat olmuş olsun.

LARGE function - 4

Və biz ən çox kredit verən 5 filialı hesabatımızda görmək istəyirik. Lakin bu məbləğlər, hər gün dəyişir, yenilənir, kredit portfelləri böyüyür. Biz elə bir formul yazmalıyıq ki, məbləğlər necə dəyişirsə dəyişsin, hesabatımızda hər zaman avtomatik qaydada yenilənmiş sıralama olmuş olsun.

Bunun üçün həm LARGE, həm də INDEX və MATCH funksiyalarının kombinasiyasından istifadə edəcəyik. INDEX və MATCH funksiyalarının birlikdə necə çalışdığı mövzusuna daha sonra qayıdacağıq, lakin indiki mərhələdə LARGE funksiyasının işinizi necə rahatlaşdırdığını və hesabatlarınız üçün xərcləyəcəyiniz vaxtı necə azaltdığını görəcəyik.

Hesabatımızın adı Top-5 branches olmuş olsun.

Bunun üçün əvvəlcə B21:B25 xanalarına 1,2,3,4,5 olaraq sıralamanı və daha sonra da aşağıdakı screenshot-dakı kimi formulumuzu daxil edirik.

LARGE function - 5

Fikir versəniz, k olaraq quru rəqəm əvəzinə məhz sıralamaya link veririk. Bu, daha çox, avtomatlaşdırmaq məqsədi güdür. Yazdığımız formulu Copy&Paste edərək digər 4 xanaya yapışdıraq.

Budur. hesabatımız artıq hazırdır.

Əlavə etdiyim faylı endirdikdən sonra, yuxarıdakı cədvəldə filialların kredit portfelini özünüz dəyişin və aşağıdakı hesabatın avtomatik qaydada necə yeniləndiyini müşahidə edin. Tək etməli olduğunuz – üstdəki cədvəldəki məbləğləri dəyişmək olacaq. Altdakı cədvəl həm məbləğ, həm də filial adları baxımından hər zaman yenilənmiş siyahını verəcək.

Faylı endir – LARGE funksiyasi