Flash Fill – Excel 2013

Excel Hiylələri

Microsoft-un Excel 2013-də təqdim etdiyi yeni xüsusiyyətlərin ən gözəli Flash Fill-dir. Nə olduğuna daha ətraflı baxaq.

Əlinizdə işçilərinizin şəxsi email ünvanlarının olduğu siyahı olduğunu fərz edin.Flash filling - JPG

Siz bu email ünvanları vasitəsilə işçilərin adlarını, soyadlarını və hansı emaildan istifadə etdiklərini ayrı-ayrı xanalara daxil etmək istəyirsiniz. Bunu Text-to-Columns ilə etmək mümkündür, lakin Excel 2013 buraxılışında çox daha asan, praktik və gözə xoş gələn bir üsul təqdim etdi.

Əvvəlcə ilk şəxsin adını normal qaydada daxil edirsiniz. Daha sonra ikinci sətrə keçib ikinci şəxsin adını yazmağa başladığınızda, baxın nələr baş verir.

Flash filling - GIF

Flash Fill məlumatı daxil etmə məntiqimizi anlayıb, bizim yerimizə lazım olan məlumatları daxil edir. Soyad və email hissəsini də eyni şəkildə dolduraq.
Flash filling - GIF - 2
Digər bir üsulla isə, ilk sətirdəki adı yazıb Home >> Editing >> Flash Fill seçib siyahının avtomatik doldurulmuş olduğunu müşahidə edə bilərsiniz. Kimə necə rahatdırsa, o üsulu da seçə bilər.
Flash filling - 3
Qeyd!!! Unutmayın, əgər işlətdiyiniz Excel 2010-cu il və öncəsinə aid versiyadırsa, bu xüsusiyyət sizdə olmayacaq.
Excel 2013 olanlar yazdıqlarımı özünüz yoxlamaq istəsəniz çalışma faylını əlavədən endirə bilərsiniz.
Adios!
Flash filling