Alınan kreditlərin aylıq geri ödəmə məbləğlərini və geri ödəmə qrafikinizi bilmək istəyirsinizsə, bu fayl tam sizə görədir. Faylda müvafiq xanalara kreditin məbləği, müddəti və faiz dərəcəsini daxil edib, anında geri ödəmə qrafikinizi görürsünüz. Bütün formullar açıqdır, nəyin necə hesablanmış olduğunu bilmək istəsəniz görə bilərsiniz.
Faylı endir – Monthly loan amortization schedule
Burda bəzilərimiz üçün anlaşılmaz gələ biləcək bəzi nyuanslara toxunmaq istəyirəm.
Principal – kreditin ilkin məbləği
Annual interest rate – illik faiz dərəcəsi
Term – kreditin aylar olaraq müddəti
Loan date – kreditin rəsmiləşdirildiyi tarix
Payment type – bu fayldakı ən vacib xanalardan biridir. Geri ödəmənin hər ayın əvvəlində, yoxsa sonunda ediləcəyinin seçimidir. Ayın əvvəlində ödəmə etsəniz, kreditin qalıq dəyərini azaltmış, beləcə qalıq dəyəri üzərindən hesablanan faiz məbləğləri də azalmış olacaq. Ay sonların ödəniş etsəniz, bunun tərsi baş verəcək, yəni daha çox faiz ödəyəcəksiniz.
Payment frequency – hansı intervalla geri ödəmələri həyata keçirəcəyinizi müəyyən etməlisiniz. Bu, daha çox müqavilədəki şərtlərdən asılıdır. İndiki mərhələdə sadəcə aylıq geri ödəmə variantını saxlamışam. Eyni faylın aylıq, kvartal, yarımillik və illik ödəmə planları da mövcuddur.
Faylda dəyişdirilməli xanalar sadəcə sarı ilə işarələnmiş olanlar və seçim variantı verən digər 2 xanadır. Digər xanalardakı məlumatlar sizin edəcəyiniz seçimlərdən asılı olaraq dəyişəcəkdir.
P. S. Bir təfərrüatı da diqqətinizə çatdırım ki, hesablamalar əlavə qarışıqlıq yaratmamaq üçün maksimal dərəcədə sadə saxlanılmağa çalışılmış, tarixlərdən qaynaqlanan əlavə hesablamalar oxuyanlar və faylla tanış olacaqlar üçün əlavə yük gətirməməsi məqsədilə diqqətə alınmamışdır.
Uğurlar!