SUMPRODUCT funksiyası

Funksiyalar

Əlinizdə hər hansı bir məhsul siyahısı olsun. Hər bir məhsulun sayı və müvafiq qiyməti. Və bu məhsulların bizim şirkət üçün ümumi xərcini hesablamalı olduğumuzu fərz edək. Aşağıdakı cədvələ nəzər yetirək.

SUMPRODUCT - 1

Hər bir məhsul üzrə ümumi məbləği öyrənmək üçün D xanası E xanası ilə vurulmalı və ən altda bütün məbləğlər cəmlənərək ümumi büdcə müəyyən edilməlidir.

SUMPRODUCT - 2

Cədvəlin tamamlanmış halı isə belə olacaqdır.

SUMPRODUCT - 3

Ümumi məbləğin 8,650 AZN olduğunu görürük. Lakin bütün bu əməliyyatları tək bir funksiya ilə əvəz edə bilərik.

SUMPRODUCT - 4

Görüldüyü üzrə, edilməli olan tək şey – bir birinə vurulacaq sütunların seçilməsidir. Tək bir funksiya ilə ümumi xərci hesablamış oluruq.

Hesablama faylını əlavədən endirə və formulları analiz edə bilərsiniz.

Uğurlar!

Faylı endir – SUMPRODUCT funksiyasi