2 saat arasındakı saat və dəqiqə fərqi

Formul hiylələri

2 saat arasındakı fərqi tapmaq üçün, əvvəlcə riyazi fərqi, daha sonra isə saat və dəqiqə fərqini tapmalıyıq.

Saat ferqi - 1

Yazacağımız formul belədir:

Saat ferqi - 2

Əvvəlcə 2 saat arasındakı fərqi tapıb, MOD funksiyası ilə 1-ə bölüb qalıq dəyərini əldə edirik. Gün ərzində 24 saat olduğu üçün də, əldə etdiyimiz dəyəri 24-ə vurub riyazi fərqi tapmış oluruq. Misalımızda, bu, 1,87-dir.

Daha sonra, kəsrli ədədlərin əsas hissəsini hesablamağa yarayan INT funksiyasından istifadə edir və SAAT fərqini tapmış oluruq.

Saat ferqi - 3

DƏQİQƏ fərqini isə, bir daha MOD funksiyası ilə, lakin bu dəfə 24-ə yox, 60-a vurmaqla tapırıq.

Saat ferqi - 4

Analiz etməniz üçün hesablama faylını əlavədən endirə bilərsiniz.

Faylı endir – 2 saat arasindaki saat ve deqiqe ferqi