Funksiya adlarının RUS qarşılıqları

Funksiyalar

Bəzilərimiz ofis proqramlarını ingilis dilində istifadə edərkən, digərlərimiz rus versiyasını işlədir. Belə olan halda, rus versiyası işlədən kimsə hər hansı bir funksiyanı formullara rusca qarşılığı ilə daxil etməlidir, əks halda Excel ingilis dilində yazılan funksiyanı tanımayacaq.

Belə olan halda, ingilis dilində olan funksiyaların rus dilində olan qarşılıqları bilinməli və məhz onlar istifadə edilməlidir. Fəqət ən idealı – rus dilli Microsoft Office-i silib, yerinə bütün dünyanın istifadə etdiyi orijinal olanını, yəni ingilis dillisini yükləməyinizdir.

Əlavə etdiyim fayldan funksiyaların ENG – RUS “lüğətini” tapa bilərsiniz.

Uğurlar!

Faylı endir – Functions ENG-RUS.xls