Text to Columns – Bir xanada olan mətnin bölünməsi

Excel Hiylələri

Daha öncə CONCATENATE funksiyası vasitəsilə 2 fərqli xanada olan məlumatın bir tək xanada necə birləşdiriləcəyini izah etmişdik. Amma eyni vəziyyətin tam tərsi olan vəziyyətlər də var. Belə ki, işçilərin ad və soyadları tək bir xanada yerləşmiş ola bilər və biz adları bir sütunda, soyadları isə başqa sütunda görmək istəyə bilərik. Bunun üçün Excel-in Text-to-Columns imkanı var.

CONCATENATE faylındakı məlumat ilə davam edək. Amma bu dəfə adlar və soyadlar bir xanadadır. Biz isə adları bir xanaya, soyadları digər xanaya gələcək şəkildə bölmək istəyirik.

Text-to-Columns -1

Bunun üçün aşağıdakı yol izlənməlidir. Bölünməsi istənilən aralıq seçilib, Data menusundan Text-to Columns kliklənməlidir.

Text-to-Columns - 2

Qarşımıza belə bir dialoq qutusu çıxacaq. Heç bir dəyişiklik etmədən Next düyməsini klikləyib davam edək.

Text-to-Columns - 3

Bir sonrakı dialoq qutusu aşağıdakı kimi olacaqdır.

Text-to-Columns - 4

Delimiters seksiyasından Space qutucuğu check edilməli və Finish düyməsi kliklənməlidir. Space seçilməsinin məqsədi odur ki, Excel-ə “boşluq gördüyün anda yazını böl” deyirik. Gəlin bir sonrakı screenshot-a baxaq.

Text-to-Columns - 5

Gördüyünüz kimi, Space qutucuğu check edildiyi anda Excel Ad və Soyadlar arasına bir xətt əlavə etdi. Finish düyməsi klikləndiyi anda isə adlar və soyadların ayrıldığını görəcəksiniz.

Text-to-Columns - 6

Eyni faylı əlavədən endirib, eyni prosedurları tətbiq edib, özünüz də yoxlaya bilərsiniz. Malumat bazaları ilə işləyən dostlar üçün çox faydalı bir imkandır.

Uğurlar!

Faylı endir – Text-to-Columns