QUOTIENT və MOD funksiyaları – qismət və qalığın hesablanması

Funksiyalar

Bölmə əməlinin nəticəsi qismət və qalıqdır. Belə ki, bir ədədi başqa ədədlə böldüyünüz zaman, tam bölünən hissə qismət, tam bölünməyən hissə isə qalıqdır. Məsələn, 16 ədədini 3-ə böldüyümüz zaman qismət 5, qalıq isə 1 olacaqdır.

(3*5+1)=16

Bunu Exceldə çox sadə 2 funksiya vasitəsilə rahatlıqla əldə edə bilərik.

QUOTIENT – qismət,

MOD – qalıq dəyərini verən funksiyalardır.

QUOTIENT and MODE - 1

Qisməti tapmaq üçün, QUOTIENT funksiyasına əvvəla bölünən, daha sonra isə bölən ədədlər girilməlidir.

Qalıq dəyəri də eyni sadə qaydada hesablanır.

QUOTIENT and MODE - 2

Qisməti tapmaq üçün, bu dəfə MOD funksiyasına əvvəla bölünən, daha sonra isə bölən ədədlər girilməlidir.

Bu formullar daxil edildikdən sonra Bölünən və Bölən ədədlərini dəyişdiyiniz zaman qismət və qalığın da avtomatik olaraq dəyişdiyini görəcəksiniz. Eksperiment aparmaq istəyənlər əlavədəki faylı endirə bilər.

Uğurlar!

Faylı endir – QUOTIENT and MODE funksiyaları