PRODUCT funksiyası

Funksiyalar

PRODUCT funksiyası işləyiş baxımından SUM funksiyası ilə tamamilə eynidir, tək fərqlə – SUM funksiyası komponentləri cəmləyərkən, PRODUCT onları bir birinə vurur. Fərz edək ki, aşağıdakı screenshot-dakı kimi, hər hansı bir şirkət öz işçilərinin hər bir departament üzrə ezamiyyə xərclərini hesablamaq istəyir.
PRODUCT - 1

Yuxarıdakı cədvəldə hər departamentdəki işçi sayı (# of personnel), ezamiyyəyə getmə sıxlığı (frequency) və aviabiletin qiyməti (air fare) göstərilib. Departament üzrə ümumi xərci hesablamaq üçün, bu 3 komponenti bir birinə vurmalıyıq. Bunu aşağıdakı kimi, tək-tək hər bir xananın üzərinə gəlib etmək mümkündür.
PRODUCT - 2
Lakin, daha effektiv yol olaraq PRODUCT funksiyasından istifadə edə bilərik. Az öncə də qeyd etdiyim kimi, PRODUCT funksiyasının işləyiş mexanizmi SUM ilə eynidir.
Eyni Total xanasına bu səfər aşağıdakı formulu daxil etməyimiz, PRODUCT yazıb, lazımi xanaları seçməyimiz kifayət edəcəkdir.
PRODUCT - 3
Hesablama faylını əlavədən endirə bilərsiniz.
Uğurlar!
Faylı endir – PRODUCT