İş həyatında sıx-sıx rastlaşdığım sualların bir hissəsi – məbləğləri müəyyən faiz ilə artırıb/azaltma, 2 dəyər arasındakı faiz olaraq fərq, markup, margin hesablamalarından ibarətdir. Bu yazıda, bütün bu məsələlərə toxunaraq, hər ssenariyə uyğun hansı formuldan istifadə edilməli olduğunu müzakirə edəcəyik. Aşağıdakı 9 ssenaridə, çox bəsit hesablamalar olduğu kimi, orta və irəli səviyyəli hesablamalarla da tanış olacaqsınız.
İldən ilə artım faizini hesablamaq üçün, mövcud ildən keçmiş ili çıxdıqdan sonra, nəticəni keçmiş ilə bölməkdir. Riyazi olaraq formulu sadələşdirsək – mövcud ili keçmiş ilə bölüb, nəticədən 1 çıxmaqla formulu daha da sadələşdirə bilərik.
Hər hansı bir dəyəri, hər hansı bir faiz dərəcəsi ilə azaltmaq istədikdə. 1-dən həmin faiz dərəcəsini çıxdıqdan sonra, ilkin dəyərə vurmaq lazımdır.
Bir dəyərin digər dəyərin neçə faizini təşkil etdiyini hesablamaq üçün, o iki dəyəri bir-birinə bölmək lazımdır.
Məsələn, 4,500-ün 3,500-ün neçə faizi olduğunu hesablamaq üçün, ilkini ikincisinə bölmək lazımdır.
Əlimizdə endirimli qiymət və endirim faizi varsa, endirimdən öncəki qiyməti hesablamaq üçün, endirimli qiyməti (1-endirim %) bölmək lazımdır.
Endirimli və endirimsiz qiymətlərə baxaraq, neçə faiz endirim verildiyini hesablamaq üçün, 1-dən endirimli qiymətin endirimsiz qiymətə nisbətini çıxmalıyıq.
Neçə faiz mənfəət əldə etdiyimizi hesablamaq üçün, gəlirdən xərclər çıxıldıqdan sonra, nəticəni gəlirə bölmək lazımdır.
Məsələn, aşağıdakı misalda, “Nəyin 20%-i 3,500-dür?” sualı ilə qarşılaşsaq, 3,500-ü 20%-ə bölməklə əsas məbləği hesablaya bilərik.
Hər hansı bir məbləği hər hansı bir faiz dərəcəsi ilə artırmaq istəsək, həmin məbləği (1+faiz %)-nə vurmaq kifayətdir.
İllər üzrə orta ağırlıqlı dəyişim faizini hesablamaq üçün, illər üzrə dəyişimlərin ortalamasını almaq yanlış olacaqdır.
Dəyişim % – i sütunundakı dəyərlərin ortalamasını aldıqdan sonra, 2009-cu ildən 2018-ci ilə qədər ortalama artımdır demək kritik səhv olacaqdır.
Onun əvəzinə ingilis dilində CAGR (Compound Annual Growth Rate) adlanan xüsusi formuldan istifadə etməliyik.
1 rəqəmini illərin sayına bölüb, nəticədən 1 çıxdıqdan sonra, aldığımız nəticəni ilk ilin son ilə nisbətinə qüvvət olaraq əlavə edirik.
Bu keçiddən Excel faylını endirib, formulları analiz edə bilərsiniz – Nisbət Hesablamaları
Uğurlar!