Müflisləşmə modelləri (Insolvency Models) 20-ci əsrin ikinci yarısından etibarən elmi və təcrübi əsaslara dayanaraq, amerikalı Edward I. Altman tərəfindən 1968-ci ildə hesablanmağa başlanmışdır (Altman’s Z-score). Daha sonra 1978-ci ildə kanadalı Gordon Springate və 1984-cü ildə Fulmer (Fulmer H Score – “A Bankruptcy Classification Model for Small Firms” ) tərəfindən tərtib edilmişdir. Bu modellər öz dövrünün müflisləşmə proqnozlarında çox irəli səviyyəyə gedərək, proqnoz doğruluq dərəcələrini 95%-ə qədər çatdırmışdır. Bu yazıda, hər 3 modelin Excel-də modellərini hazırlayacağıq (Müasir dövrdə istifadə edilən modellərin bir çoxu təməlini bu modellərdən almaqdadır).
Faylı buradan endirə bilərsiniz – Müflisləşmə Modelləri – 3 Model
Hər 3 modeldə istifadə edəcəyimiz (o və ya bu öçüdə) Balans və Gəlir/Xərc maddələri aşağıdakı kimidir:
Bu dəyərləri müvafiq əmsallara vuraraq, hər 3 modelə aid nəticələri əldə edəcəyik.
Altman modelində, yuxarıdakı dəyərlərdən aşağıdakıları istifadə edirik:
Bu komponentlər (digər modellərdə olduğu kimi), müvafiq hesablamalar ilə formullar vasitəsilə hesablanır:
Bu model bizə 2,497 əmsalını vermiş oldu.
Müqayisə aparmalı olduğumuz kriteriya isə 2,675-dir. Əgər hesablamamız bu dəyərdən daha azdırsa, o zaman şirkət Altmanın Z testini keçməmiş, yəni müflisləşmə ehtimalı yüksək şirkət sayılır.
Bu modeldə istifadə ediləcək komponentlər isə bunlardır:
Model isə aşağıdakı prinsiplə nəticə əldə edir:
Springate modeli bizə 1,785 əmsalını vermiş oldu.
Müqayisə aparmalı olduğumuz kriteriya isə 0,862-dir. Əgər hesablamamız bu dəyərdən daha azdırsa, o zaman şirkət Springate testini keçməmiş, yəni müflisləşmə ehtimalı yüksək şirkət sayılır.
Son modelimizin komponentləri isə aşağıdakılardır:
Nəticəyə aşağıdakı hesablamalarla gedirik:
Fulmer modelinin nəticəsi 5,918 oldu.
Nəticə 0-dan böyükdürsə, risk olmadığı, aşağıdırsa, risk daşıdığı mənasını verir.
Nəticə etibarilə, hər 3 modellə maliyyə göstəricilərimizi test etdik. Ümumi cədvəldə hər 3 nəticəni müqayisə edə bilərik:
Görürük ki, 1 model müflisləşmə riski olduğunu, digər ikisi isə olmadığını proqnoz etdi. Modellərdə istifadə edilən göstəricilər tamamilə xəyalidir, məntiq səhvləri də daşıya bilər, o səbəblə, öz şirkətinizə aid müvafiq göstəriciləri (sadəcə Financial Info sheet-ində Dəyər adlı sütuna) daxil etməklə, modelin bütün hesablamalarının anında yenilənməsinə nail olaraq, daha sağlam analiz apara bilərsiniz.
Uğurlar!