Daha öncə Tetris fiqurlarının F9 düyməsi ilə random şəkildə dəyişdiyinin videosunu paylaşmışdım. Bu yazıda, bu məsələnin həll yolunu müzakirə edəcək, yazının içində isə, hazır Excel faylını sizinlə paylaşacağam. Videomuz, xatırlayırsınızsa, belə idi:
Tapmacanı həll etmədən öncə alqoritmi haqqında qərar verməliyik. Həll yolu isə belədir:
Tetris fiqurlarının olacağı bütün xanalar 1 rəqəmi ilə, boş xanalar isə 0 ilə təyin ediləcək. Daha sonra Şərti Formatlama ilə 1 və 0-lar müvafiq rənglərə dönüşdürülərək, 1 və 0-lar “gözəgörünməz” ediləcəkdir.
Videoya da diqqət etsək görərik ki, 4-ün 4-ə olan kvadratda bəzi xanalar ümumiyyətlə istifadə olunmur.
Sarı ilə işarələnən xanalar, məhz o xanalardır. O səbəblə, onların hər birini ən başdan 0 olaraq müəyyən edirik.
Hər xanaya daxil edilən formul fərqli və kompleks olduğu üçün, hazır Excel faylını bu mərhələdə endirmənizi məsləhət görərdim.
Faylı Endir – Tetris Fiqurları Tapmacası
Burada hər bir xanadakı formulu analiz etməyəcəyəm, sadəcə onu deməklə kifayətlənəcəyəm ki, formulların bəziləri çox uzun görünsələr belə, əslində, başlanğıc nöqtəsindən etibarən (ən sol üstdəki xana) fiqurlardakı bütün mümkün kombinasiyaları nəzərə almaqdadırlar.
Onu da qeyd edim ki, formullarda sadəcə aşağıdakı funksiyalardan istifadə edilmişdir:
Aşağıdakı skrinə əsasən, dəyəri 1 olan bütün xanaların tünd çəhrayı ilə boyanmasını istəyirik.
Növbəti mərhələmiz olaraq isə, 1 və 0-ları gizləmək qalır. Bunu etmənin ən gözəl yolu isə, Custom formatlama ilədir. Bizə lazım olan diapazonu seçdikdən sonra Ctrl+1 qısayolun ilə Formatlama dialoq qutusunu açır, Custom bölməsinə gəlir və 3 ədəd nöqtəli-vergül yazırıq.
Son addımımız isə, yekunlaşmış tetris cədvəlimizi kopyalayıb, Linked Picture olaraq yapışdırmaq olacaqdır. Bunu ona görə edirik ki, cədvəlimizi istədiyimiz kimi, kiçildib-böyüdə və istənilə yerə asanlıqla yerləşdirə bilək.
Bunun üçün, diapazon tamamilə seçilərək, Ctrl+C ilə kopyalanır. Daha sonra yapışdırılmaq istənən yerə gələrək, mouse-un sağ düyməsindən, Paste Special >> Linked Picture seçirik.
Bundan sonra hər dəfə F9 düyməsinə basdıqca, formullarımızda yer alan RANDBETWEEN funksiyasının yardımı ilə, random olaraq gələcək 0 və 1-lər sayəsində, fiqurları avtomatik yeniləmiş olacağıq.
Uğurlar!