VLOOKUP ilə bir neçə sütunu cəmləmək

Formul hiylələri

Əgər VLOOKUP ilə bir deyil, birdən çox xanadakı dəyərlərin cəmini tək əməliyyatla hesablamaq istəyiriksə, bu dəfəki yazımızda məhz bundan bəhs etmişik. Aşağıdakı cədvəl, məhsullar üzrə maya dəyəri (material costs), transportdolayı xərcləri (overheads) göstərir.

Data cədvəlimiz

Dropdown siyahı olaraq seçəcəyimiz hər hansı bir məhsula aid tək bir xərc kateqoriyasını yox, bütün xərclərin cəmini görmək – əsas hədəfimizdir.

VLOOKUP ilə elə bir formul yazacağıq ki, məsələn, Juice seçildiyi anda, o məhsula aid hər 3 xərcin cəmi əks olunsun (1,000+300+100). Və bunu 3 fərqli VLOOKUP funksiyasının cəmi şəklində deyil, sadəcə 1 dənəsi ilə yazacağıq.

Qarşımızda duran məqsəd

Bu cür qeyri-adi həll yollarını hər zamankı kimi SUMPRODUCT funksiyasının yardımı ilə edəcəyik.

Öncəliklə, məhsulların adlarını dropdown siyahı olaraq hər hansı bir xanaya əlavə edirik. Daha sonra, VLOOKUP ilə SUMPRODUCT funksiyalarını, bütün işi görmələri üçün səhnəyə çıxarırıq.

Formulumuz ilə ilk tanışlıq


Formulun komponentləri

SUMPRODUCT ilə VLOOKUP-ın sintezi

SUMPRODUCT funksiyasının içində tək bir arqument olduğu zaman, ənənəvi SUM funksiyasından heç bir fərqi olmur. Bu səbəblə, tək etdiyimiz – VLOOKUP funksiyasını SUMPRODUCT funksiyasının içinə daxil etməkdir. Belə olan halda kritik əhəmiyyət daşıyan məhz VLOOKUP funksiyasının komponentləri olur. Və nəzərinizdən də qaçmamışdır ki, məhz VLOOKUP-ın içindəki qeyri-adi fərqlilik, ilkin problemimiz həll etməyə yarayacaqdır.

Fərqli VLOOKUP yanaşması

Heç bir başqa funksiya ilə kombinasiya edilmədən, sadəcə bu formul yazmış olsaq, nəticə CostTable cədvəlinin 2-ci sütunundakı müvafiq dəyəri olacaqdır, çünki mini-siyahıda birincidir.

Lakin, SUMPRODUCT ilə birgə işlədildiyində, CostTable cədvəlinin 2, 3 və 4-cü sütunlarındakı müvafiq dəyərlərin hər biri hesablanır və sonda cəmlənir.

Hazır formul olan faylı endirib daha yaxından analiz edə bilərsiniz – Faylı Endir