2 Excel cədvəli arasındakı fərqlərin sayını formul ilə müəyyən etmək

Formul hiylələri

Excel-də 2 fərqli cədvəlin, bir-birinin eynisi olub-olmadığını Excel-in fantastik funksiyalarından biri ilə müəyyən edəcəyik. Bunun ilk şərti – müqayisə ediləcək cədvəllərin sətir və sütun saylarının eyni olmasıdır. Məsələn:

Rahatlıq üçün, göy cədvəli Cədvəl1, yaşıl cədvəli isə Cədvəl2 olaraq adlandıraq.


Cədvəllərin identikliyini yoxlamaq

Fantastik funksiyamız – SUMPRODUCT olacaqdır. Formulumuzu yazdıqdan sonra necə işlədiyi haqqında məlumat verəcəyəm:

SUMPRODUCT funksiyasından xatırlayırıq ki, komponentlərini bir-birinə vurub, ara-nəticələri cəmləməyə yarayır. Misalımızda da, öncəliklə, hər iki cədvəlin hər bir xanasını bir-biri ilə müqayisə edərək, formul daxilində TRUE və ya FALSE ara-nəticələrini əldə edir.

Hər 2 cədvəldəki bütün xanalar eynidirsə, o zaman, SUMPRODUCT daxilindəki 12 nəticənin (3×4) hər biri TRUE nəticəsini verəcəkdir.

Bunu formulun içindəki Cədvəl1=Cədvəl2 komponentini highlight edib, F9 düyməsinə basaraq da görə bilərik. O zaman formuldaxili nəticələr hər biri TRUE olacaqdır.

Bütün nəticələr TRUE, yəni 1 olduğu üçün, onları bir-birinə vurduğumuz zaman, nəticə 1 olacaqdır.

1-1 = 0 olduğu üçün isə, ümumi formulumuz TRUE nəticəsini verəcəkdir, bir başqa deyişlə, “hər 2 cədvəldəki dəyərlər birəbir eynidir” nəticəsini əldə etmiş olacağıq.

Əgər ara-nəticələrdən hər hansı biri FALSE olsaydı (yəni sıfır), o zaman ümumi nəticə 0 olacaq, sıfırdan 1 çıxdığımız zaman nəticə -1 olacaq, -1 sıfıra bərabər olmadığı üçün isə formulumuzun yekunu FALSE olacaqdı. Bu isə, 2 cədvəlin identik olmadığı mənasını daşıyacaqdı.


Cədvəllər arasındakı fərqlərin sayı

Bu dəfə, formulumuza xırda dəyişiklik etməklə, göy və yaşıl cədvəllər arasındakı fərqlərin sayını müəyyən edə bilərik.

Fantastik nəticəmiz artıq hazırdır:

Gördüyümüz kimi, həm ilk formulumuz FALSE nəticəsini verdi, həm də ikinci formulumuz bu fərqlərin sayını müəyyən etdi.

Uğurlar!